image-reklam-veteninfo
image-1backend

Lebedev: “İran MDB+ formatına qoşulan ilk ölkə ola bilər” 

image-reklam-veteninfo

Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedev bildirib ki, İranın “MDB+” formatı çərçivəsində təşkilatla əməkdaşlığa qoşulması məsələsi hazırda nəzərdən keçirilir. Onun sözlərinə görə, İran bu statusu əldə edən ilk dövlət ola bilər.

Vətəninfo.az xəbər verir ki, Lebedev İran prezidenti Məsud Pezeşkianın oktyabrın əvvəlində Türkmənistanda keçirilən sammitdə səsləndirdiyi təklifi xatırladıb. Pezeşkian həmin görüşdə Tehranla MDB arasında əməkdaşlığın dərinləşdirilməsi məqsədilə “MDB+” formatının yaradılmasını təklif etmişdi.

MDB-nin baş katibi qeyd edib ki, bu təşəbbüs Birlik daxilində maraqla qarşılanıb və ilkin reaksiyalar əsasən müsbət olub.

“Təbii ki, bu təklif MDB daxilində bir çoxlarında maraq doğurub və məndə yaranan təəssürata görə, reaksiyalar əsasən müsbətdir”, – deyə Lebedev bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki