image-eldarbackend

Eldar Mahmudovla Kərim Məsimovun qiyamı arasında çox maraqlı oxşarlıqlar var-ELXAN ŞÜKÜRLÜ

image-reklam_sirab_01

2015-ci ilin oktyabrın 17-də sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun gözlənilmədən vəzifədən azad edilməsi, bu qurumda aparılan kütləvi həbslər və sonda da bütövlükdə MTN-in ləğvi ilə nəticələnən proseslə 2022-ci ilin 5 yanvarında Qazaxıstanda Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimovun həbsə atılmasıyla yekunlaşan qiyam arasında çox maraqlı oxşarlıqlar var.

Veteninfo.az xəbər verir ki,bunu “Ədalət”Partiyası sədrinin müavini Elxan Şükürlü bildirib.

Partiya rəsmisi facebook sosial şəbəkəsində paylaşdığı açıqlamasında bildirir ki, hər iki hadisə MDB dövlət başçılarının toplantısından və Putinlə görüşdən dərhal sonra baş verib:

“Hər ikisində təhlükəsizlik xidmətlərinin Qərblə məxfi əlaqələrə can atan rəhbərləri dərhal vəzifələrindən uzaqlaşdırılıblar və hər ikisində də radikal islamçı xətlə əlbir hərəkətə dair əsaslı şübhələr olub.Yeganə fərq ondadır ki, Azərbaycanda Eldar Mahmudov həbs olunmadı və MTN-dəki dəstəsi zərərsizləşdirildikdən sonra radikal islamçılara qarşı geniş əməliyyatlar keçirildi, Qazaxıstanda isə kütləvi iğtişaşlar artıq baş verdikdən sonra Məsimov vəzifəsindən çıxarıldı və həbs edildi.Ən maraqlısı da odur ki, xəyanətdə suçlanan hər iki şəxs uzun müddət cəmiyyətdə hakim ailənin “ən etibarlı” adamları kimi tanınıblar…”.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki