image-368708_srcbackend

“Elə təəsürat yarandı ki, hər şeyi sanki dronlar həll edir. Xeyr…”

image-reklam_sirab_01

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 26 iyun Ordu Günü ərəfəsində bəzi telekanallara müsahibə verib.

Veteninfo.az  xəbər verir ki, KİV-lər bundan əvvəl nazirin REAL TV-yə müsahibəsindən fraqmentləri yaymışdılar. İndi isə Zakir Həsənovun CBC Azərbaycan telekanalına rus dilində verdiyi müsahibənin videoyazısı kanalın YouTube hesabında yerləşdirilib. Təxminən bir saatlıq müsahibədə müdafiə naziri 44 günlük Qarabağ müharibəsində pilotsuz aviasiyasının rolundan, Azərbaycan ordusunun həmin müharibədə qazandığı təcrübənin analiz edilməsindən və Ermənistan hərbi-siyasi dairələrindən ara-sıra səslənən revanş çağırışlarına qədər müxtəlif mövzulara toxunub.
Pilotsuz uçan aparatların, o cümlədən “Bayraktar”ların bu müharibədəki rolu haqda danışan nazir deyib ki, əslində məsələyə daha geniş nəzər salmaq lazımdır. Belə ki, Silahlı Qüvvələrin Ali Baş komandanı, prezident İlham Əliyev qarşıya vəzifə qoyarkən ən müasir silahlar və hərbi texnika ilə silahlanmış yüksək peşəkar ordu yaradılması vəzifəsini qoymuşdu.
Zakir Həsənov qeyd edib ki, PUA-lar son illər olduqca sürətlə inkişaf edib və hazırda olduqca geniş spektrdə  döyüş vəzifələrini, o cümlədən artilleriya atəşinin idarə edilməsini, döyüş zərbələrinin endirilməsini yerinə yetirir.
“Bununla belə, mən demək istəyirəm ki, dronlardan başqa Azərbaycan ordusu bir çox digər müasir silahlar da tətbiq etdi. Amma ictimaiyyətə əsasən pilotsuz aparatlardan çəkilmiş görüntüləri təqdim etdiyimizə görə belə təəsürat yarandı ki, bu müharibədə hər şeyi sanki dronlar həll edib. Amma belə deyil. Onu deyə bilərəm ki, döyüş əməliyyatları payız aylarında getdiyi üçün hava tez-tez korlanırdı və bəzən biz pilotsuz aviasiyanı tətbiq edə bilmirdik. Bizim ən müasir tank əleyhinə raketləri, aviasiyamızın silahlanmasında yer alan ən müasir silahlar düşmənə elə zərbə vurdu ki, onlar nəinki yaxın perspektivdə, ümumiyyətlə ən uzaq perspektivdə belə öz hərbi potensalını bərpa edə bilməyəcəklər”,-müdafiə naziri bildirib.
Dronların müharibədəki rolunun həlledici olması barədə fikirlərə münasibəti barədə danışarkən Zakir Həsənov Şuşanın azad edilməsi əməliyyatını xatırladıb. Bildirib ki, həmin günlərdə hava şəraiti pisləşdiyi üçün Azərbaycan ordusu dronlardan istifadə edə bilməmişdi. “Lakin gördüyünüz kimi, biz Şuşanı azad elədik”,-o deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki