image-41backend

Əli Məsimli: “Qarabağın turizm potensialının nümayiş etdirilməsi Azərbaycanın imicinə müsbət xal gətirəcək”

image-reklam_sirab_01

“Qarabağın turizm potensialından istifadə olunması əsas prioritetlərdən biridir”.

Vətəninfo.az-ın məlumatına görə, bunu millət vəkili Əli Məsimli bu gün keçirilən Milli Məclisin plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, qeyri-neft sektorunun inkişafında turizmin rolu böyükdür: “Qarabağın turizm potensialının nümayiş etdirilməsi Azərbaycanın imicinə müsbət xal gətirəcək”.

Qeyd edək ki, gələcəkdə Füzuli-Xocavənd-Şuşa-Laçın, Füzuli-Cəbrayıl-Zəngilan, Zəngilan-Qubadlı-Kəlbəcər-Laçın, Bərdə-Ağdam istiqamətlərində turizm marşrutlarının təşkili nəzərdə tutulur. Regionların ayrı-ayrılıqda turizm potensialında Şuşa yüksək qiymətləndirilir. Bu dəyərin bariz nümunəsindən biri də Azərbaycan Prezidentinin sərəncamı ilə cari ilin əvvəllərində Şuşanın Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsidir. Bu şəhərdə mədəni tədbirlərin təşkili, festivallar, turizm məhsullarının təqdimi, beynəlxalq sərgilərin və digər mədəni-kütləvi görüşlərin keçirilməsi gündəmdə olan məsələlərdir.

Laçın-Kəlbəcər, Qubadlı-Zəngilanda təbiət, qış və sağlamlıq turizmi inkişaf etdiriləcəık, Füzuli-Ağdam-Cəbrayılda isə dağıdılmış mədəniyyət müəssisələri və işğalın nəticələrini göstərmək üçün bəzi tikililər turistlərə nümayiş etdirilmək üçün qorunub-saxlanılacaq. Çünki turizmin iqtisadi tərəfi ilə yanaşı, siyasi-təbliğati tərəfi də var. Dünya turizm təcrübəsində bu, çox böyük təsir gücünə malikdir.

Qarabağın bütün bölgələrində, o cümlədən ölkəmizin cənub istiqamətində turist axını üçün əlverişli coğrafi şərait mövcuddur. Xudafərin vasitəsilə İran, Naxçıvan üzərindən isə Türkiyə turistlərinin gəlməsi gözləniləndir. İşğaldan azad edilmiş ərazilərə bu iki istiqamətdən turist axını olacaq. Azərbaycan turizminin prioritet bazaları var ki, Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən müəyyən qurumlar tərəfindən bu istiqamətdə də layihələr hazırlanır, zəruri tədbirlər həyata keçirilir.

Dövlət səviyyəsində, özəl sektor və alimlərin birgə səyi sayəsində Dağlıq Qarabağın sıfırdan başlanan həm təbii, həm də antropogen turizm resursları gündəmə gətirilir. Bölgədə turizmin inkişafı üçün yeni marşrutlar yaradılır. Dünya standartlarına uyğun magistral yollar çəkilir, beynəlxalq hava limanları tikilir. Bu yerlər dağlıq ərazi olduğundan dağ və alpinizm turizmi xüsusi diqqətdədir. Bundan başqa, gəzintilər, aktiv və ekstremal turizmin inkişafı üçün biri-birindən maraqlı layihələr işlənib.

Zəngilanda çoxlu sayda termal su mənbələri mövcuddur. Burada tarixi və dini abidələr, çinar meşəsi var. Odur ki, təbiətinin zənginliyinə görə Qarabağın gələcəyi daha çox ekoturizmlə bağlı ola bilər. Bundan səriştəli istifadə edilərsə, çox güman ki, Qarabağ dünyada mühüm ekoloji turizm məkanlarından birinə çevrilə bilər.

Xudafərin körpüsü, Azıx mağarası gələcəkdə ən populyar turist marşrutlarından hesab olunur. Mədəni-tarixi abidələrimiz dağıdılsa da, onların bərpasından sonra həmin istiqamətlərə turların təşkili reallaşacaq. Müasir “İpək yolu” layihəsi mövcuddur. Azərbaycana daxil olmaq üçün Qars-İqdır-Naxçıvan marşrutu yaradılacaq, İran ərazisindən dəmir yolu xəttinin çəkilməsindən sonra turpaketin maya dəyəri də aşağı düşəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image