image-modern-az-22-06-2021-1624348414backend

Əlilliklə bağlı yeni qanunun tətbiqi TƏXİRƏ SALINIR

image-reklam_sirab_01

Əlilliyi olan şəxlərin hüquqları haqqında qanunun tətbiqi ertələnir.

Veteninfo.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Deputat qeyd edib ki, qanunun yanvar ayının 1-nə qədər tətbiqi çətin olacaq:

“Yeni qaydaların mükəmməl və nöqsansız tətbiqi üçün 1 iyul 2022-ci ildən qüvvəyə minməsi müvafiqdir”.
Xatırladaq ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinə üçüncü oxunuşda iki dəyişiklik edilib.

Belə ki, qanunun 1.3-cü bəndinə “10 və 15 iş günü” ifadələri “10 iş günü və 5 iş günü” ifadələri əlavə edilib.
Sözügedən qanun Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki