image-ggggbackend

Elxan Şahinoğlu: “Azərbaycan bu halda adekvat addımlar atmaq hüququna malikdir”

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki.44 günlük müharibə ilə 30 ildi işğalda olan torpaqlarını azad edən Azərbaycan,eyni zamanda Dağlıq Qarabağ adlı bir problemi də kökündən həll etmiş oldu.Baxmayaraq ki,bu gün Xankəndi və Xocalıda sülhməramlı qüvvələr mövcuddur,Rusiya rəhbərliyi belə münaqişənin bitdiyini və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini bəyan edib.Amma buna baxmayaraq hazırda Xankəndində olan Arayik Harutyunyan və Ermənistan müxalifəti aranı qarşışdırmağa cəht etmək niyyətindədirlər.Belə ki, Arayik Harutyunyan qondarma rejimin müstəqilliyinin 30 illiyi ilə bağlı sabah,sentyabrın 2-də tədbirlər keçirməyi planlaşdırırlar.Məlumata görə, sentyabrın 2-də keçiriləcək təntənəli tədbirlərdə Ermənistandan yüksək vəzifəli şəxslərin Xakıəndinə gəlməsini təmin etmək üçün hər şeyi edirlər. Ermənistanın”Hraparak” qəzetinin yazdığına görə isə,Ermənistanın yüksək rəhbərliyi Xankəndinə getmək istəmirlər, çünki 44 günlük müharibədən sonra Bakı açıq bir tələb irəli sürdü və rəsmi olaraq Ermənistan rəhbərliyinə Xankəndinə gəlmələrin qadağan etdi. Qeyd edək ki, bu ilin yanvarında Azərbaycan rəhbərliyi Ermənistanın o zamankı xarici işlər naziri Ara Ayvazyanın Xankəndinə səfərini qanunsuz adlandıraraq çox sərt şəkildə bəyanat vermişdi.Məlumata görə, özünü olmayan dövlətin parlament sədri kimi təqdim edən Artur Tovmasyan keçən həftə İrəvana gedib və parlament fraksiyalarının rəhbərləri ilə görüşüb və onlara şəxsən dəvətnamə verib. Tovmasyan əmin etdi ki, ermənistandan gələcək nümaəndələrin iştirakı ilə hansısa etiraz aksiası keçirmədən tədbirlər keçirməyi planlaşdırırlar.  Ermənistan mediasının yaydığı xəbərə görə, Nikol Paşinyana və parlamentin spikeri Xankəndinə gəlməsələr də,parlamentdən bir nümayəndə heyyəti Rusların nəzarətində olan Xankəndinə gələcəklər.

Maraqlısı budur ki, rəsmi Bakı belə bir hərəkətlər qarşısında nə etməlidir?

“Atlas”Araşdırmalar Mərkəzinin rəhbəri,politoloq Elxan Şahinoğlu müxbirimizə bildirib ki, Azərbaycan rəhbərliyi tədbirlər öncəsi artıq addımların atmalıdır: “Azərbaycanın Xarici İşlər nazirliyi,Müdafiə nazirliyi müvafiq bəyanatlarla,açıqlamalarla çıxış etməlidirlər.belə bir dırnaqarası separatçı tədbir keçirilsə,bu bölgədə vəziyyəti daha da gərginləşdirmiş olacaq.Azərbaycan da bu halda adekvat addımalar atmaq hüququna malikdir.Bu açıqlamaları biz iki sentyabırdan əvvəl etməliyik ki,ermənilər bilsinlər ki,hansı böyük təxribat yaradacaqları halda,hansı böyük təhlükə ilə üzləşəcəklər.Yox əgər bu açıqlamalara rağmən tədbirlərini keçirsələr,Ermənistandan kimlərsə gəlib bu tədbirlərdə iştirak etsə,biz təyziqlərimizi daha da artırmaq məcburiyyətində qalacağıq”. Elxan şahinoğlunun sözlərinə görə,Müdafiə naziri Zakir Həsənovun bu günlərdə verdiyi açıqlama ondan xəbər verirdi ki,artıq Rusiyalı hərbiçilərin bölgədə olmasıda bizi dayandırmamalıdır.Bizə qarşı təxribatlar varsa,ünvanlı antiterror əməliyyatları ilə təxribatların qarşısını almalıyıq.

Vətəninfo.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki