image-fb_img_1621607907472backend

Elxan Şahinoğlu: “İranla münasibətlərdə növbəti gərginliyə hazır olmalıyıq…”

image-reklam_sirab_01

İranla münasibətlərdə növbəti gərginliyə hazır olmalıyıq…

Tehranın narahatlığının səbəbi bəllidir. Başda Azərbaycan prezidenti olmaqla, Azərbaycan cəmiyyətində Zəngəzurla bağlı fikirlər genişlənir. Bu isə İranın hakimiyyət dairələrini narahat edir. Çünki Azərbaycan nə zamansa Zəngəzura sahiblənsə bu o demək olacaq ki, İranın Ermənistanla sərhəddi olmayacaq. Bu perspektivi isə İrandakı dairələr qəbul etmək istəmir, deputatlar “sərhədlər dəyişdirilə bilməz” deyir, iranlı generallar İrəvana gedirlər. Halbuki, Ermənistan sərhədləri dəyişdirib Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğalda saxlayanda cənubdan buna etiraz yox idi. Ona görə İranla münasibətlərdə növbəti gərginliyə hazır olmalıyıq.

Elxan Şahinoğlu, siyasi ekspert


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki