image-14976769_10210453923000284_3325797182522518901_obackend

Elxan Şahinoğlu: “Minsk qrupu Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına kömək edə bilər”.

image-reklam_sirab_01

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bəyan edib ki, o  Azərbaycanla sülh danışıqlarının bərpa edilməsi ilə bağlı təkliflər gözləyir. “Lakin belə bir prosesi beynəlxalq monitorinq mexanizmini işə salmadan təsəvvür etmək çətindir”. Onun sözlərinə görə, o bu ilin iyulun ayının  29-da artıq bu məsələyə toxunub və bu rolu KTMT və ya ATƏT-in Minsk Qrupunun həmsədrləri üzərinə götürməyi təklif edib.

 

Paşinyanın davamlı olaraq açıqlamalarında KTMT-nı və ATƏT-in Minsk qrupunu proseslərə cəlb etmə istəyi,Ermənistanın bölgədə yarana biləcək sülh və sabitliyə gedən yola əngəllər yaratması kimi qiymətləndirilir.

Elə Vətəninfo.az-a açıqlamasında “Atlas”Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da diqqəti bu məqama çəkib: “Paşinyanın Minisk qrupu ilə bağlı açıqlamasının bizim üçün heç bir əhəmiyyəti yoxdur.Çün ki,biz satus məsələsin müzakirə etməyəcəyik.Məsələ bizim üçün bitib.Amma buna baxmayaraq Paşinyanın bu çağrışları davam edir”. Elxan Şahinoğlu bildirib ki, Azərbaycana bu istiqamətdə əslində kimsə təyziq etmir: “mütləq Minsk qrupu  fəaliyyətə başlamalıdır.Minsk qrupu necə kömək edə bilər prosesə?Sülh sazişinin imzalanmasına kömək edə bilər,sərhədlərin müəyyənləşməsinə kömək edə bilər.Amma  Qarabağla bağlı onun danışıqlarda iştirakı artıq bizim maraqlarımıza ziddir.Çün ki,məsələni böyük ölçüdə biz özümüz həll etmişik.Ona görə də Paşinyanın bu çağrışları nəticəsiz qalacaq”.

 

Fərid

Vətəninfo.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki