image-elxan-veteninfobackend

Elxan Şahinoğlu: “Türkiyə ilə ortaq ordu yaradılarkən,qəfil Azərbaycanın Rusiyaının təsiri altında olan bloka qoşulması mümkün deyil”

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, rusiyalı politoloq Stanislav Tarasov bildirib ki, İlham Əliyevlə Vladimir Putin arasında Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxil olacağına dair razılaşmanın olduğu bir versiya dolaşır və belə bir razılaşmadan Paşinyanda xəbərdardır.“Atlas”Araşdırmallar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Veteninfo.az-a bildirib ki, ara-sıra Rusiya saytları,Kremlinə yaxın bəzi ekspertlər,o cümlədən də erməni saytları belə dezinformasiyalar yayırlar ki,güya Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxil olmağa hazırlaşır: “Azərbaycanın belə bir fikri yoxdu.Digər tərəfdən həmin blokda Ermənistan təmsil olunur.Azərbaycan heç bir zaman Ermənistanla eyni blokda yer almaz.İkincisi də Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür.Hər hansı bir hərbi bloklarda yer almır.Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də dönə-dönə vurğulayıb”. Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycan nə NATO-nun üzvü olmaq istəyir,nə də KTMT-nın: “Azərbaycan bu gün daha çox qardaş Türkiyə ilə hərbi-siyasi ittifaq qurur.Belə bir ittifaqı gücləndirərkən,Türkiyə ilə ortaq ordu yaradılarkən,qəfil Azərbaycanın Rusiyaının təsiri altında olan bloka qoşulması mümkün deyil.Amma  çox təssüflər olsun ki,.ara-sıra bu mövzunu gündəmə gətirirlər.Sanki Azərbaycan cəmiyyətinin nəbzini öyrənmək istəyirlər.Azərbaycanda da təssüflər olsun bu fikrə dəstək verənlər var.Parlamentdə belə bu fikri dəstəkləyənlər vardır.Mən onlara hər zaman onlara öz sözümü deyirəm,onlarla davamlı olaraq qiybi polemika aparıram və bu məsələnin Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermədiyini söyləyirəm.Ona görə də növbəti bu cür açıqlamalar,bəyanatlar da sırf dezinformasiya xarakteri daşıyır.Azərbaycan cəmiyyətini parçalamaq,ixtilaf yaratmaq məqsədi daşıyır”.

Fərid  Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki