image-el-riyadbackend

Ər-Riyad Ermənistanla diplomatik münasibətlər qurmağa hazırlaşır?

image-reklam_sirab_01
Ermənistan prezidenti Armen Sərkisyanın Səudiyyə Ərəbistanına səfəri maraq doğurur. Çünki Səudiyyə Ərəbistanı ilə Ermənistan arasında diplomatik münasibətlər yoxdur. Ər-Riyad Azərbaycan torpaqlarının işğalına görə Türkiyə və Pakistan kimi Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina etmişdi. Rəsmi Bakı hər zaman buna görə Ər-Riyada minnətdar olub. Bəs nə oldu ki, Səudiyyə Ərəbistanın hakim ailəsi qəfil Ermənistan prezidentini Ər-Riyada dəvət etmək qərarına gəldi? Belə çıxırmı ki, Səudiyyə Ərəbistanı da bəzi ölkələr kimi Azərbaycan-Türkiyə hərbi ittifaqından narahatdır?
Veteninfo.az xəbər verir ki,bu  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib. Mərkəz rəhbəri qeyd edib ki, Şahzadə Məhəmməd ibn Salman vəliəhd olduqdan sonra da Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasındakı münasibətlərdə problem olmayıb.:
“Ancaq Məhəmməd ibn Salmannın Türkiyə ilə münasibətlərində problemləri var. Mümkündür ki, Salman Türkiyə kimi Türkiyənin strateji müttəfiqi olan Azərbaycana da eyni gözlə baxır.
Erməni saytları prezident Armen Sərkisyanın Səudiyyə Ərəbistanına ilk rəsmi səfərini iki ölkə arasındakı münasibətlərdə dönüş kimi qiymətləndirirlər. Armen Sarkisyanı Ər-Riyadın hava limanında xarici işlər naziri Adel əl-Cubeyr qarşılayıb. Bugünə qədər Ermənistanın heç bir rəsmisi Ər-Riyada səfər etməmişdi. Ermənistan müstəqilliyini qazandlqdan bu yana Səudiyyə Ərəbistanı ilı sıx münasibətlər qurmağa çalışıb, ancaq hər dəfəsində Ər-Riyaddan rədd cavabı olub. Bu dəfə isə müsbət cavab alıb”. Politoloq deyib ki,əlbəttə, Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmır. “Mümkündür ki, Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra Səudiyyə Ərəbistanın hakimiyyətində düşünüblər ki, əgər Azərbaycan işğal faktına son qoyubsa, onda Ər-Riyadın İrəvanla münasibətlər qurmasına heç bir əngəl qalmayıb. Ancaq əgər Ankara və İslamabad Qarabağ probleminin həllinə rəğmən, Ermənistanla münasibətlərin normallaşması məsələsində hələ addım atmayıblarsa və bu prosesi Ermənistanın Azərbaycanla imzalayacağı sülh sazişi ilə əlaqələndirirlərsə, Ər-Riyad fərqli hərəkətə etməyə qərar verib. Bu Səudiyyə Ərəbistanın daxili işidir. Ancaq hər halda rəsmi Bakı diplomatik kanallarla Ər-Riyadın Cənubi Qafqaz siyasətini hansı şəkildə korrektə etdiyini öyrənə bilər”-deyə Elxan Şahinoğlu bildirib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki