İranın xarici işlər naziri Abbas Əraqçı İsrailin Baş naziri Benyamin Netanyahunu ABŞ administrasiyasını İsrailin maraqları naminə İranla müharibəyə cəlb etməkdə ittiham edib.
Vətəninfo.az xəbər verir ki, Əraqçı bu barədə “X” hesabında paylaşım edib. O, Netanyahuya qarşı sərt ifadələr işlədib.
“Netanyahu ivrit dilində İsrail adından İrana qarşı müharibəyə başlamaq üçün ABŞ administrasiyasını necə aldatdığını açıq şəkildə öyünərək danışır”, – deyə İran XİN rəhbəri bildirib.
Əraqçı qeyd edib ki, Netanyahu ABŞ telekanallarında 1000 saat efir vaxtından istifadə edərək Amerikanın qərarlarına necə təsir göstərdiyini açıq şəkildə və gülərək danışır.
“İngilis dilində isə ABŞ prezidentinin liderliyini tərifləyir. İlan”, – deyə Əraqçı paylaşımını tamamlayıb.


























