image-timthumb-1backend

Ərdoğan BMT-ni Şimali Kipr Türk Cümhuriyyətini tanımağa çağırıb

image-reklam_sirab_01

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı Birləşmiş Millətlər Təşkilatını Şimali Kipr Türk Respublikasının dövlətçiliyini tanımağa çağırıb.

“Türkiyə Kiprə sülh və demokratiya gətirdi. Kipr türkləri gələcəyə daha böyük ümidlə baxırlar”, – Türkiyə prezidenti Şimali Kiprə səfəri zamanı deyib.

“Mən Birləşmiş Millətlər Təşkilatına tarixi müraciətimi təkrar edirəm: adanın reallıqlarından yayınmayın və mümkün qədər tez onun dövlətçiliyini tanıyın. Kipr türklərinin suveren bərabərliyi və bərabər beynəlxalq statusu tanınmayana qədər yeni danışıqlar prosesindən söhbət gedə bilməz”, – deyə o bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki