image-reklam-veteninfo
image-image_750x_6476ea7468236backend

Ərdoğan ilk olaraq hansı ölkələrə səfər edəcək? – Siyahı

image-reklam-veteninfo

Prezident seçkilərinin ikinci turunda qalib gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi və yeni Nazirlər Kabinetinin açıqlanması iyunun 3-də baş tuta bilər.

Vətəninfo.az xəbər verir ki, bu  barədə TASS Ankaradakı mənbəyə istinadən məlumat yayıb. “Biz güman edirik ki, Ali Seçki Komissiyası iyunun 1-də prezident seçkilərinin yekun nəticələrini açıqlaya bilər.
Daha sonra iyunun 3-də prezident Ərdoğan parlamentdə and içəcək.

Həmin gün prezident kompleksində prezidentin andiçmə mərasimi keçiriləcək. Mərasimdən sonra o, yeni Nazirlər Kabinetinin tərkibini açıqlayacaq”, – mənbə bildirib.

Ərdoğanın andiçmə mərasimindən sonra yenidən seçildikdən sonra ilk xarici səfərlərini Şimali Kipr Türk Respublikasına və Azərbaycana edəcəyi gözlənilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki