image-image_750x_6486a87a4fd8abackend

Ərdoğan sabah Azərbaycana gələcək

image-reklam_sirab_01

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb. Vətəninfo.az xəbər verir ki, müvafiq məlumatı Türkiyə prezidentinin administrasiyası yayıb.

Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ənənəyə uyğun olaraq ilk səfərini Şimali Kipr Türk Respublikasına edəcək.

Səfər bu gün, iyunun 12-nə planlaşdırılıb, Türkiyə lideri isə iyunun 13-də Azərbaycana səfər edəcək. Azərbaycana səfər çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, regionda və dünyada vəziyyətlə bağlı müzakirələrin aparılması planlaşdırılır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki