image-reisbackend

Ərdoğan sərt açıqlama verdi-DOLLAR ÜZÜ AŞAĞI YUVARLANIR

image-reklam_sirab_01

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın ötən gün hökumətin iclasının ardınca elan etdiyi qərarlardan sonra son günlər kəskin bahalaşan dollar sürətlə ucuzlaşmaqda davam edir.

 

Veteninfo.az xəbər verir ki, ötən gün 18,4 TL-yə qədər bahalaşan dollar Ərdoğanın elan etdiyi qərarların ardınca kəskin enib, daha sonra yenidən bahalaşıb. Hərracların sonunda 13 TL səviyyələrində qərarlaşıb.  Bu gün səhər saatlarından başlayan hərraclarda isə dolların məzənnəsi 17 faizdən çox aşağı enib və hazırda 1 ABŞ valyutası 11,12 TL səviyyəsindədir.

Xəbər verildiyi kimi bu qərarlardan biri, vətəndaşların banklarda lirə ilə yerləşdirdiyi depozitlərin dəyərdən düşməsinin qarşısını almaq məqsədi daşıyır. Qərara əsasən əgər lirə ilə yerləşdirilmiş depozitlərdən əldə edilən faiz gəlirləri dolların məzənnəsinin artması səviyyəsindən yuxarıda olsa o zaman vətəndaş həmin faiz gəlirini alacaq. Əgər dolların məzənnəsinin artım faizi lirə ilə yerləşdirilmiş depozitlərin faiz gəlirlərini üstələsə aradakı fərqi dövlət vətəndaşa ödəyəcək. Nəticədə banklarda lirə ilə depozit yerləşdirənlərin pullarının dəyərdən düşməsinin qarşısını almaq üçün onları dollarla əvəzləməsinə ehtiyac qalmayacaq.

Digər qərara əsasən hökumət türk lirəsinin rekord ucuzlaşması fonunda ixracatçı şirkətlər üçün forvard məzənnəsi təmin etmək niyyətindədir.

image-erdogan

“Məzənnə dəyişkənliyinə görə qiymət təyin etməkdə çətinlik çəkən Türkiyə ixracat şirkətlərinə birbaşa Türkiyə Mərkəzi Bankı vasitəsi ilə forvard məzənnəsi təqdim olunacaq”, – Türkiyə lideri bildirib.

Ərdoğan habelə bildirib ki, Türkiyə əhalisində dəyəri 280 milyard dollar olan 5 min tona yaxın qızılın olduğu bəllidir və hökumət bu qızılın maliyyə sisteminə daxil edilərək iqtisadiyyata qazandırılması üçün yeni maliyyə alətləri üzərində işləməkdədir. Ərdoğanın sözlərinə görə, əslində Türkiyədə dollar qıtlığı yox, dollar bolluğu var, vətəndaşların banklardakı dollar depozitlərinin ümumi məbləği yüzlərlə milyard dollardır.İqtisadçıların fikrincə, hökumətin bu tədbirlər planı valyuta bazarında yaranmış ajiotajı və milli valyutanın daha da dəyərdən düşməsini önləmək üçün bazar iqtisadiyyatı qaydaları baxımından təsirli alətdir. Lakin uzunmüddətli ola bilməz və üstəlik dövlət büdcəsinə hələlik əvvəlcədən hesablanması mümkün olmayan əlavə yük gətirmiş olacaq. Yəni dövlət vətəndaşın banklarda TL ilə yerləşdirdiyi depozitlərin dəyərdən düşməsinə imkan verməmək üçün banklara milyardlarla dollar ödəyə bilər. Digər tərəfdən proseslərin sonrakı gedişi əhalinin hökumətin elan etdiyi bu maliyyə alətlərinə nə dərəcədə etimad göstərməsindən asılı olacaq. Yəni əhali banklarda lirə ilə yerləşdirdiyi depozitinin əhəmiyyətli qismini dollara dəyişməkdən imtina etsə və əvəzində ən azından dollar qədər gəlirli əmanət kimi saxlamağı qərara alsa bu alət yaxın bir neçə ayda valyuta bazarında sabitləşməyə gətirib çıxara bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki