Türkiyə prezidentinin baş müşaviri Mehmet Uçum 2028-ci ildə Türkiyədə ümumxalq seçkilərinin keçiriləcəyini açıqladı.
Vətəninfo.az xəbər verir ki, Uçum qeyd edib ki, “2027-ci ilin son rübündə seçkilərin keçirilməsi ehtimalı azdır. Mən onların 16 aprel 2028-ci ildə keçiriləcəyini proqnozlaşdırıram. Bu tarix simvolikdir: bu, prezidentlik sisteminə keçidlə bağlı referendumun tarixidir. Ərdoğan sonuncu dəfə namizəd olacaq”.
Türkiyənin ədliyyə naziri Akın Gürlek də bəyanatla çıxış edərək hazırkı Türkiyə prezidentinin yenidən seçilməsi üçün 2028-ci ildə seçkilərin keçiriləcəyini qeyd edib. O, bu məsələdə təşkilatların və tərəfdarların üzərinə çox vacib bir məsuliyyət düşdüyünü vurğulayıb.
“Birlikdə, əl-ələ, qardaşlıq bağları və qardaşlıq siyasəti ilə, yerində olub vətəndaşlarımıza izah etməklə, prezidentimizin rəhbərliyi altında “Türk Əsri”ni yenidən seçməyimizi təmin etməliyik”, – deyə nazir bildirib.


























