image-3backend

Ərdoğan: “Terrora qucaq açan ölkələrə dəstək vermərik”

image-reklam_sirab_01

“Terrora qucaq açan ölkələrə dəstək vermərik”.

Vətəninfo.az xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Milli Müdafiə Universitetinin məzun mərasimində etdiyi çıxışda deyib.

Son 71 ildə Türkiyenin NATO müttəfiqliyinə çox az sayda müttəfiq ölkənin töhfə verdiyini vurğulayan Ərdoğan deyib:

“Biz alyansın açıq qapı siyasətini dəstəklədik və dəstəkləyirik. Xususilə terrorla qətiyyətli şəkildə mübarizə olmaqla Alyansın əsas dəyərlərinə sadiqlik nümayiş etdirəcək hər kəsi qucaqlamağa hazırıq”.

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləməklə Türkiyenin prinsipial mövqeyini ortaya qoyduğunu ifadə edərək, “Ancaq biz terrorçuları qoruyanlara (İsveç kimi) və terrorla mübarizədə lazımi tədbirləri görməyənlərə münasibətimizi göstərməkdən çəkinmədik. NATO çətiri altında həmrəylik nümayiş etdirək deyənlərin 15 iyul 2016-cı ildə Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdində iştirak edən və 40 ildə minlərlə insanımızı qətlə yetirən (terror təşkilatı PKK mənsubu) qatillərə qucaq açmağa heç bir məntiqli səbəbi ola bilməz” deyib.

Dövlət başçısı İsveçin NATO-ya üzvlük prosesi haqqında isə, “Madriddə (İspaniyanın paytaxtı) ölkəmizə verilən vədlərə əməl olunmasını gözləyirik. Terroru qəbul edən ölkələri dəstəkləmirik” deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image