image-444backend

Ərdoğana ən çox səs hansı bölgələrdən gəlib? – SİYAHI

image-reklam_sirab_01

Məlum olduğu kimi, ötən gün Türkiyədə sayca 13-cü prezident və 28-ci parlament seçkiləri keçirilib.

Ali Seçki Komissiyasının (YSK) məlumatına görə, 81 şəhərdə keçirilən səsvermə prosesində ümumlikdə 55 milyon 382 min 707 vətəndaş iştirak edib. Seçicilərin 54 milyon 349 min 667-nin səsi keçərli hesab olunub.

YSK-nın ilkin nəticələrinə görə, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 81 şəhərin 48-də CHP sədri, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlunu qabaqlayıb.

Ərdoğan 2018-ci il seçkilərində olduğu kimi, bu dəfə də ən çox səsi Bayburtdan toplayıb.

YSK-ya istinadla Ərdoğanın ən çox səs topladığı bölgələri təqdim edirik:

Bayburt – 78.86%

Gümüşhane – 74.42%

Rize – 72.81%

Yozgat – 72.65%

Çankırı -72.14%

Kahramanmaraş – 71.88%

Aksaray – 71.53%

Malatya – 69.4%

Sivas – 69.39%

Konya – 68.94%

Düzce – 68.6 %

Erzurum – 68.59%


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki