image-reklam-veteninfo
image-2222backend

Ərdoğanın ərəb ölkələrinə  səfəri bu gün başlayır

image-reklam-veteninfo

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan körfəz ölkələrinə üç günlük səfər edəcək.

Vətəninfo.az xəbər verir ki, Ərdoğan həmkarları ilə görüşmək üçün növbə ilə Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

Dövlət başçısı bu ölkələrin rəhbərliyi ilə danışıqlar aparacaq, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurası tərəfindən bu dövlətlərdə təşkil olunacaq biznes forumlarda iştirak edəcək. Görüşlərin nəticələrinə əsasən tikinti-podrat sektorunda, səhiyyə, energetika, nəqliyyat, maliyyə, turizm və kənd təsərrüfatı sahələrində müqavilələrin bağlanması planlaşdırılır. Danışıqlarda, həmçinin müdafiə sənayesində əməkdaşlıq məsələləri də müzakirə olunacaq.

Bu yaxınlarda vitse-prezident Cevdet Yılmaz və xəzinə və maliyyə naziri Mehmet Şimşək də bölgəyə səfər edərək bir sıra təmaslar aparıblar.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki