Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Ərdoğan Türkiyədə meşə yanğınları ilə mübarizə üçün 2 amfibiya yanğınsöndürmə təyyarəsi göndərdiyinə görə Putinə təşəkkür edib.
Ərdoğan Rusayadan gələn turistlərin Türkiyəyə artan marağından məmnunluğunu ifadə edərək, cari il birgə səylər nəticəsində turizmdə rekordu qıracaqlarına inandığını dilə gətirib.
Prezident Ərdoğan Rusiya-Ukrayna müharibəsində gərginliyi artıracaq addımların atılmamasının lazım olduğunu söyləyib, “sülh körpüsü” hesab etdiyi Qara dəniz təşəbbüsünün əhəmiyyətini vurğulayıb.
Telefon danışığı zamanı V.Putinin Türkiyəyə səfəri ilə bağlı razılıq əldə edilib.
Qara Dəniz Taxıl Təşəbbüsünün uzun müddət dayandırılmasının heç kimə fayda verməyəcəyinə, ən çox taxıla ehtiyacı olan və aşağı gəlirli ölkələrin zərər görəcəyinə işarə edən prezident Ərdoğan sazişin qüvvəyə mindiyi dövrdə 23 faiz azalan dənli bitkilərin qiymətlərinin son iki həftədə 15 faiz artığına diqqət çəkib.
Ərdoğan qeyd edib ki, Türkiyə Qara Dəniz Taxıl Təşəbbüsünün davam etdirilməsi üçün ciddi səylərini və diplomatiya həyata keçirməyə davam edəcək.


























