image-resizebackend

Erməni əsgərləri Şuşanın işğalda olan Sarıbaba kəndindən geri çəkildi

image-reklam_sirab_01

Qarabağdakı erməni separatçıları Şuşa rayonunun Sarıbaba (ermənilər Yextsaoq deyirlər) kəndi ilə bağlı yeni məlumat yayıblar.

Veteninfo.az  Modern.az-a istinadla xəbər verir ki, erməni hərbi qulluqçular adı çəkilən kəndi tərk ediblər.

Özünü həmin kəndin rəhbəri adlandıran Artak Hakobyan bildirib ki, hazırda yaşayış məntəqəsi müdafiəsiz qalıb:

“Azərbaycanlıların da 3 kilometr geri çəkilməsi üçün əsgərlərimizin mövqelərindən uzaqlaşdırıldığı barədə şayiələr dolaşır. Ancaq indi baş verən tək şey hərbçilərimizin mövqeləri tərk etməsi və azərbaycanlıların hələ də yerlərində dayanmalarıdır”.

Onun sözlərinə görə, müəyyən müddət rus sülhməramlıları kəndi qorumaq üçün gəliblər, lakin sonra ayrılıblar və bir daha geri qayıtmayıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki