image-indirbackend

Erməni lobbisi Türkiyəyə qarşı HƏRƏKƏTƏ KEÇDİ-41 Konqresmen Blinkenə məktub göndərdi

image-reklam_sirab_01

ABŞ-ın 41 konqresmeni dövlət katibi Entoni Blinkenə iki partiyalı məktub göndərərək ABŞ-ın Türkiyəyə F-16 qırıcıları satmaq planlarından əl çəkməsini tələb edib.

Veteninfo.az xəbər verir ki.bu barədə Amerika Erməni Milli Komitəsi (ANCA) məlumat yayıb.

Erməni telgram kanallarının yaydığı xəbərə görə, F-16-ların Türkiyəyə satışının qarşısının alınması səyləri Yunan Amerika İdarəetmə Şurası, Amerika Erməni Milli Komitəsi, Kürdüstanın Amerika Dostları, Hindu Amerika Fondu, Yaxın Şərq Forumu, Amerika Yəhudi Komitəsi, PSEKA, Amerika Yunan İnstitutu tərəfindən dəstəklənir.

dövlət katibi Entoni Blinkenə göndərilən məktubda “Türkiyənin qeyri-qanuni hərəkətləri prezident Ərdoğanın Türkiyəni neo-Osmanlı ambisiyaları və beynəlxalq hüquqa tam məhəl qoymayan yaramaz bir dövlətə çevirdiyini göstərir” -qeyd edildiyini vurğulayan konqresmen Bilirakis, Ərdoğanın Amerika qanunlarını pozmaqda davam etdiyini, bunun da özlüyündə öz-özlüyündə məhrumiyyətlərə səbəb olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə NATO-nun üzvü kimi,yeni F16 təyyarəsini almaq hüququna malikdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki