image-gorus-veteninfobackend

Erməni mediası: Gorus-Qafan yolundan az istifadə edin

image-reklam_sirab_01

Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən hissəsində hərəkət elə təşkil olunub ki, ermənilər daha bu yoldan sürətlə keçib gecə bilməyəcəklər. Onlar Azərbaycan sərhədçilərinin postlarının yanında sürəti minimuma endirməli və beton blokların arasından keçib getməlidir.

Xatırladaq ki, yol Azərbaycan sərhədçisinə edilən hücumun ardınca bağlanmışdı və nəticədə Ermənistanla İran arasında əsas quru əlaqəsi də kəsilmişdi. Rusiya tərəfinin iştrakı ilə üç gün davam edən danışıqlardan sonra Azərbaycan tərəfi yenidən yolu açdı, amma sərhədçilərin postlarının yanında hərəkəti beton bloklarla məhdudlaşdırdı.

image-gorus-qafan-veteninfo

Veteninfo.az  xəbər verir ki, Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yolun əslində “qismən açıldığını” yazır. Belə ki, azərbaycanlılar iki-üç yerdə magistrala beton bloklar düzüblər və hərəkəti məhdudlaşdırıblar. Beton bloklar Azərbaycan sərhədçilərinin postlarının qarşısında qoyulub.

“Bizim mənbələrimiz deyirlər ki, yolun bu hissəsini keçərkən maşınların hərəkət sürəti minimuma endirilir, çünki ziqzaqvari beton blokların qoyulması nəticəsində hərəkət üçün ancaq dar zolaq açıq qalıb. Sürət minimuma endirildiyindən Azərbaycan tərəfi yoldan keçənləri çox rahatlıqla identifikasiya edə bilər və bu da əlavə risklər yaradır. İndi adamlar ya bu yoldan keçməməyə çalışacaqlar, xüsusən d ona görə ki, Milli Təhlükəsizlik Xidməti bir neçə ay əvvəl sürücüləri bu yolu dayanmadan, sürətlə keçməyə çağırmışdı”,-qəzet yazır.

Bildirilir ki, ola bilsin Ermənistan rəhbərliyi yolun açılması üçün hansısa öhdəlik də götürüb, amma bunun nədən ibarət olduğu gələcəkdə üzə çıxacaq.

image-gorus-veteninfo

Qeyd edək ki, Gorus-Qafan yolunun bəzi hissələri hələ sovet dövründə Azərbaycan ərazisindən, Qubadlıdan çəkilib. Ötən ilin noyabrında Azərbaycan Qubadlı və Zəngilan istiqamətlərində öz dövlət sərrhədlərini bərpa edəndən sonra yol Azərbaycanın nəzarətinə keçib. Amma Bakı xoş məram nümayiş etdirərək alternativ yol çəkilənə qədər yolun bu hissələrindən hərəkətə icazə vermişdi.

İndi yolda hərəkətin beton bloklarla bir neçə hissədə məhdudlaşdırılması Azərbaycan tərəfinə imkan verəcək ki, onun ərazisindən daşınan yüklərə də qismən nəzarət edə bilsin. Çünki aylardır belə məlumatlar və faktlar yayılır ki, İrandan Ermənistana, oradan isə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə şübhəli yüklərlə dolu TIR-lar hərəkət edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki