image-indirbackend

Erməni terrorunu dəstəkləyən jurnalist Paşinyanı ölümlə hədələdi

image-reklam_sirab_01

Azərbaycan Sərhəd Xidmətinin əsgərinə iki erməni əsgərin hücum edib onu yaralamsından sonra,rəsmi bakının Gorus-Qafan yolunu bağlaması Ermənistanda ciddi problemlərə yol açıb.
Eyni zamanda Nikol Paşinyana qarşı birləşən qüvvələr Azərbaycanın Zəngəzur istiqamətində başlatmış olduğu ardıcıl açıqlamalardan birbaşa baş naziri günahlandırırlar.
Nikol Paşinyanın bu gün Ermənistan parlamentində Şurnuz, Eyvazlı və Chaizi kəndlərinin adların çəkməsi Ermənistan daxilində yanan qarşıdurma alovun bir qədər də qızışdırıb.

Veteninfo.az xəbər verir ki, elə bu səbəbdəndir ki,Serj Sarkisyana və Robert Köçəriyana yaxınlığı ilə bilinən “Armenian Report”saytının yazarı Razmik Akopdjaniyan Nikol Paşinyanı hədəfə alaraq odlu-alovlu məqalə yazıb.

“Gördüyümüz kimi, Nikol Syunikdəki vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etdi. Yaxşı ki, Syunikə Azərbaycan tərzində Zəngəzur demədi. Və bunu ondan gözləmək olar. Axı o, hər şeyi danışmaqda ustadır. Buna görə də hamımız hakimiyyət və düşmən arasında yeni pərdəarxası müqavilələrdən qorxaraq gərginlik içərisində yaşayırıq”-deyən şovinist Razmik Akopdjaniyan məqaləsində daha sonra deyir ki,k Gorus-Qafan istiqamətində kəndlər blokada vəziyyətindədirlər: “Hakimiyyətin yeni torpaqları düşmənə təslim etmək planlarından danışmaq fəal müzakirə olunmalıdır. Və bunun fonunda Baş nazir Nikol Paşinyan bir sıra yeni qalmaqallı açıqlamalar verir və “Azərbaycanın cənub rayonlarına gedən əsas yolu bağladığı zaman artıq məlum olan vəziyyət yarandı. Surnux bölgəsinin Eyvazlı və Chaizi kəndləri”-deyir.

Millətçi yazar Paşinyanı hədələməkdən,ona öldürmək lazım olduğu deməkdən belə çəkinmir. “Və bu səbir kasasındakı son saman. Ayıbı özünüzdən yuyub vəziyyəti düzəldə bilərsiniz. Erməni xalqı milli satqınlara: “Mən səni dünyaya gətirdim, səni öldürəcəyəm” deməlidir. Sadəcə bizi başqa çıxış yolu qoymadılar”-deyərək yazısında vurğulayır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki