image-ermenibackend

Ermənilər Azərbaycanın Kəlbəcər qisasını Paşinyanın sülh dövrünün qurbanları  adlandırdılar

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, ötən gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddin Kəlbəcər istiqamətində sabitliyi pozaraq Azərbaycan ordusunun mövqelərin atəşə tutması və ordumuzun iki şəhid verməsindən sonra, Azərbaycan ordusu cavab atəşi ilə Ermənistan ordusunun  (Ermənistan üç deyir.əslində isə 5-di) əsgərin məhv edib,6 erməni əsgəri isə ağır yaralanıb.

Ermənistanda Paşinyana müxalif siyasi qüvvələr və media orqanları vermiş olduqları itkilər qarşısnda məyusluqlarını gizlədə bilməsələ də,onlar bütün günahı yenə də Paşinyanın üzərinə qoymağa çalıçıblar.

İrəvanda dərc olunan “Joxovurd”qəzeti yazır ki,bu hadisə sadəcə olaraq, Nikol Paşinyanın KTMT sammitində davranışı və Qazaxıstana əvvəlki qoşun göndərilməsi ilə üst-üstə düşdü.

“Azərbaycanın təcavüzü nəticəsində (halbu ki,dövlət sərhəddində atəşkəsi Ermənistan pozub) dünənki ölüm və yaralanmalar həqiqətənmi Qazaxıstana sülhməramlıların göndərilməsinin bədəli idi?”-deyə sual edən qəzet yazır ki, Nikol Paşinyanla görüş zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları və siyasi komanda ona dünənki gərginliyin birbaşa qoşunların Qazaxıstana göndərilməsi ilə bağlı olduğunu izah edib. “Dövlət Duması” fraksiyasının deputatı Armen Xaçatryan  isə bildirib ki, o hələlik şərh verməyəcək və  əvvəlcə hadisələrin necə inkişaf edəcəyini gözləyəcək.

Erməni müxalifəti və Paşinyana müxalif olan media orqanlarında dərc olunan əsas məqalələr isə Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatı ilə bağlıdır.

Ermənilər iddia edirlər ki, ölkənin sərhədləri atəşə tutulursa, Ermənistan səmasında pilotsuz təyyarələr uçursa, niyə Nikol Paşinyan kömək üçün eyni KTMT-yə müraciət etmir?

Ermənistan parlamentinin iqtidardan olan deputatı  və parlamentin  Müdafiə Daimi Komitəsinin üzvü olan Xaçatryan  isə bildirib ki,hökumət bu və ya digər formada KTMT-na müraciət etmək fikrində deyil.

Erməni müxalifəti bəyan edir ki, bu gün  Ermənistanın hava hücumundan müdafiəsi Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında Ermənistan və Rusiya Federasiyası arasında birgə təhlükəsizliyin təmin edilməsi maraqları naminə qoşunların (qüvvələrin) istifadəsinin birgə planlaşdırılması haqqında Sazişə uyğun olaraq, Rusiya ilə eyni zonada yerləşir və Ermənistanın hava məkanı təhlükəsiz olmalıdır: “Nikol Paşinyanın strateji müttəfiqimizin hava resurslarına arxalanaraq Rusiyaya üz tutub-tutmayacağı hələ ki, bəlli deyil. Bu məsələ ilə bağlı erməni xalqı Paşinyan iqtidarından başqa fikir eşitməyə müvəffəq olmağı unutmalıdır”.

 

Zərri

Veteninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki