image-373345_res_01backend

Ermənilər Zası sosial şəbəkələrdə təhqir etdilər

image-reklam_sirab_01

Veteninfo.az  xəbər verir ki, rəsmi səfərlə Ermənistanda olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın İrəvanda ermənilərin maraqlarına uyğun hansısa açıqlamalar verməməsi həm Ermənistan müxalifəti,eyni zamanda da Paşinyan iqtidarını ciddi şəkildə narahat edib.
Elə bu üzdəndir ki, hakimiyyət rəsmiləri,müxalif düşərgə Zasla görüşlərdə cəsarət tapıb dilə gətirə bilmədiklərini sosial şəbəkələrdə  sələndirməyə başlayıblar.
Sosial şəbəkələrin erməni seqmentində Ermənistan iqtidarına yaxın olan səhifələrdə Zas riyakarlıqda belə ittiham edilir.
Bir erməni profilində ” Ermənistana səfərini müşahidə edərək düşündüm ki, insan riyakarlığının ölçü vahidi – bir “zas” ı tətbiq etmək mümkündür”-deyilir və  iddia edilir ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın sərhədlərini pozmasından 90 gün keçməsinə baxmayaraq, bu müddət ərzində siyasətçilər, diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən rəsmi Bakıya qarşı hansısa bir açıqlamalar verilmir.  Rəsmi İrəvan isə Rusiyanın forpostu olduğunu əsas tutaraq yenə də hansısa bəyanatın KTMT-dan olacağına ümid bəsləyirdi.
Yayılan məqalədə ermənilər KTMT-dan dəstək gözləməklə yanaşı,onu da etiraf edirlər ki, KTMT-dan da elə də böyük ümidləri yoxdu:

“Nəhayət, heç kim KTMT haqqında heç bir xəyal qurmasa da, hərbi-siyasi birlik rəhbərinin <span;>İrəvanda<span;>  səfəri gözlənilirdi”-deylən qalədə daha da irəli gedilərək Belarusiyalı diplomat təhqir rdilir.
“Protokol çıxışları, əzbərlənmiş fikirlər və ümumi riyakarlıq mühiti – Stanislav Zasın Ermənistana səfərini belə təsvir edə bilərik”- qeyd edilən məqalədə deyilir ki, <span;>rəsmi Minsklə Bakı arasındakı hərtərəfli dostluq və dəstək alternativ şərhlərə yer buraxmır: “Ümumiyyətlə, Ermənistan və Belarusun eyni hərbi-siyasi blokda olması, absurd olaraq qəbul edilməlidir”.
Məqalədən anlaşılan bundan ibarətdir ki, ermənilər KTMT-ın Belarusdan olan baş katibinin İravanda  rəsmi şəxslərlə görüşlərdə üstüörtülü şəkildə “KTMT-nı üzvü olan digər dövlətləri Ermənistan qarşıdurmaların mərkəzinə çəkə bilməz və Ermənistan 44 günlük müharibədən sonra imza atdığı anlaşmanın şərtlərinə əməl etməlidir”-deməsi ermənilərin “KTMT bizi xilas edəcək,KTMT üzvü olduğumuzdan təşkilatın bizi qoruması vacibdir” arzularının üstündən ciddi bir xətt çəkib.Elə ona görə də ermənilər Zası bu şəkildə sosial şəbəkələrdə təhqirlərə start veriblər.

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki