image-fb_img_1688378871905backend

Ermənini kim xilas edib? Tatar-Qırğız yoxsa Azərbaycanlı əsgərlər?

image-reklam_sirab_01

İstanbul Bakırköydə yaşayan erməni Peştemalciyan ailəsi iqtisadi səbəblərdən Almaniyaya köçmək istəyib. 1930-cu ildə arzularına çatdılar və yığdıqları pulla Berlində mağaza açdılar. Qısa müddətdə istədikləri həyata və maddi imkanlara nail olan erməni Peştemalciyan ailəsi Almaniyaya köçdükdən 15 il sonra İkinci Dünya Müharibəsi başladı. Müharibənin ilk günlərində bu vəziyyət onlara çox da təsir etməmişdi. Çünki əvvəlcə müharibə Almaniyanın xeyrinə idi. Lakin sonradan mühüm məqamlarda məğlub olan nasistlərin vəziyyəti getdikcə pisləşir.
1945-ci ilin 9 mayında Qırmızı Ordu faşistlərin müdafiəsini yarıb Berlinə gəldi. Berlinə daxil olan Qızıl Ordu şəhəri talan etməyə başlayırlar. Berlində xəbər yayırlar ki, bütün hər kəs evinin və iş yerinin qapısını açıq qoymalıdır, yoxsa bağlı qapı olanda oranın sahibinin taleyi yaxşı olmayacaq.
Berlində dükanları olan erməni Peştemalciyan ailəsi qorxudan mağazanın qapısı taybatay açılaraq bütün ailə olaraq rus əsgərlərini gözləyir. Peşmalciyan ailəsinin başçısı həyat yoldaşı və uşaqlarını sakitləşdirməyə çalışarkən qəfildən dükana sovet əsgərləri daxil olub. Bu iki əsgər dükanda məhsullara baxdıqdan sonra bir neçə sual verirlər. Onlar bayıra çıxmaq istəyəndə əsgərlərdən biri Peştemalciyan ailəsinin qızını görüb və əlini uzadaraq ona yaxınlaşmağa başlayıb.
Qızına uzanan əli görən ata Aram Peştamalciyan qızını qorumaq istəyən zaman silahlar ona uzanır və bu “İndi poxu yedik” deyir. Bu sözü eşidən komandır sual verir: “Türksən”? Erməni tez bazar “Hə, biz türkük” deyir. Bunu eşidən komandir “mən də türkəm, biz qardaşıq” deyib Aramı qucaqlayır. Çölə çıxanda yanındakı əsgərə və digər əsgərlərə deyir ki, bu ailəyə, dükana toxunmayın və oradan ayrılır. Erməni Peştemalciyan ailəsi o talan və ağır günlərdən heç bir zərər görmədən sağ çıxdı. Sonra bu erməni “İndi poxu yedik” sözünü yazdırıb dükanında baş yerə vurur.
İndi burda məsələ belədir. Türk mənbələrinin bəziləri həmin komandirin tatar, bəziləri isə qırğız olduğunu yazır. Bunu araşdırmaq üçün rus mənbələrinə baxdım. Həmin komandirin soyadının Əsədov olduğu yazılır. Dialoq isə rus dilində belədir “Ты тюрк?Да, я тюрк, из Турции. Я тоже тюрк, азербайджанец, мы братья”
Mənbələr konkret yazır. Berlinə ilk daxil olan sovet əsgərləri azərbaycanlılar olublar. 416-cı diviziya 1945-ci ilin fevral ayının 3-də Oder çayını keçərək Kyustrin şəhərinin alınmasında iştirak etmişdir. Berlin üzərinə həlledici hücuma başlayan diviziyanın 1373-cü alayı Berlinin müdafiə xəttini yararaq, aprelin 21-də şəhərin kənarına daxil oldu. May ayının 3-də marşal Georgi Jukov başda olmaqla birinci Belorussiya cəbhəsinin hərbi şurasının üzvləri, 416-cı diviziyanın Berlində keçirdiyi döyüş əməliyyatlarının şahidi olmuş, onun xidmətlərinə yüksək qiymət vermişdilər. Bu faktdan irəli gələrək də həmin erməninin həyatını xilas edən azərbaycanlı olduğunu təsdiq edə bilərik


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki