image-062600034919backend

Ermənistan ərazi iddialarından əl çəkməli və Dağlıq Qarabağ sözünü işlətməməlidir – İlham Əliyev

image-reklam_sirab_01

Ermənistanın inkişafı üçün də yeganə yol var – öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək”. ”. Bu sözləri prezident İlham Əliyev şənbə günü Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı bildirib.

Prezidentin sözlərinə görə, Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur.

“Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır”, – Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, sərhədlərin delimitasiyası üzrə işçi qrup yaradılmalıdır və sülh müqaviləsinə hazırlıq işləri getməlidir.

“Bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır”, – deyə  prezident İlham Əliyev daha sonra bildirib.

Həmçinin, dövlət başçısı qeyd edib ki, Orduda struktur islahatları təsdiq edib.

“Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur”, – Əliyev deyib

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki