image-1063920backend

Ermənistan hələ də STATUS DEYİR

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, bir il öncə 44 günlük müharibə dövründə bütün dünyadan Azərbaycanı dayandırmasını,Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çıxacağını 10 noyabr üçtərəfli anlaşma ilə təstiqləyən Ermənistan, deyəsən bir il sonra yenə başı üzərində Azərbaycan prezidenti İlham Əliyevin dəmir yumruğunu hiss etmək istəyir.

Baxmayaraq ki, rəsmi Bakı ötən bir il müddətində statusun cəhənnəmə getdiyini,yalnız Azərbaycanın ərazi bütövlüyünün mövcud olduğunu bildirib,Ermənistan rəhbərliyi hələ də status deyərək fitnəkarlığın dayandırmamaqdadır.

Elə belə bir fitnəkarlığı bu gün yenidən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan edib.

“Armenpress” in xəbərinə görə,Armen Qriqoryan hökümətə  yaxın media orqanlarına bildirib ki,

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeganə mümkün platforma ATƏT-in Minsk qrupudur.

“”Dağlıq Qarabağın statusu məsələsi həll edilməlidir. Və biz bu qərarı ATƏT-in Minsk Qrupu çərçivəsində görürük. Bunu nəzərə alaraq, Azərbaycan tərəfinin bəyanatları bizim üçün anlaşılmazdır”.

Armen Qriqoryan qeyd edib ki, Qarabağa  heç vaxt Ermənistanın ərazi iddiası olmayıb və bütün bu 30 il ərzində danışılan öz müqəddəratını təyinetmə problemindən bəhs edirlər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev demişdi ki, əgər Ermənistan statusdan danışmağa davam edərsə və bununla da Azərbaycana ərazi iddiaları irəli sürərsə, o zaman Bakı Ermənistanın qarşılıqlı ərazi iddialarını irəli sürə bilər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki