image-arubackend

Ermənistan hökuməti Araik Arutunyana 30 milyon dollar pul ayırdı

image-reklam_sirab_01

Ermənistan hökuməti Qarabağdakı separatçı Araik Arutunyana gələn il 30
milyon dollar büdcədən pul ayıracaq. Dünən baş tutan Ermənistanın baş naziri Nikol Paşinyan və Araik Aratutyanla görüşdə bildirilib ki, ayrılan vəsait Qarabağın həm sosial və iqtisadi vəziyyətin yaxşılaşdırılmasına, eyni zamanda da  qondarma Dağlıq Qarabağ Respublikasının inkişafına yönələcək.

Veteninfo.az-a Ermənistan rəhbərliyinin bu hərəkətini şərh edən siyasi analitik Gülsel Səfərova bildirib ki,deyəsən Ermənistan hələ də qış yuxusundadır. Havadarları başa salsın ki, nə statuskvo var, nə də qondarma Respublika:

image-gulsel

” Ermənistan ali rəhbərliyi xalqı düşünmədiyini, öz işğalçı mövqeyini nümayiş etdirir. Həmin 30 milyon dollar xalqın rifahına, yəni regionda sülhün bərqərar olmasına yönəlmiş addımlar olmalıdır. Lakin yenə də Ermənistan beynməlxlaq hüquq normaları və mövcud vəziyyəti görməzdən gələrək yalan maşınını işə salmağa cəhd edir”. Siyasi analitik vurğulayıb ki, Azərbaycan öz torpağında ikinci Ermənistan dövlətinin yaradılmasına icazə vermədi və bundan sonra da verməyəcək: “Çünki Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənistan iqtisadi böhranın pikindədir, hərçənd 30 milyon dollar ayıracaq havadarlarına güvənir. Ona görə də Azərbaycan dövləti hər zaman özünə və xalqına güvənir. Ədaləti necə bərpa etdiksə, yaxın zamanlarda Xankəndində də o ədaləti bərpa edəcəyik. Ali Baş komandan İlham Əliyev bunu 44 gunluk müharibədə bütün dünyaya sübut etdi. Rusiya rəsmisi Mariya Zaxarova isə bildirib ki, Rusiya “3+3” məsləhətçi regional mexanizminin yaradılmasını dəstəkləyir və hesab edir ki, bu planları praktiki müstəviyə keçirməyin vaxtı çatıb”.

Gülsel Səfərovanın sözlərinə görə,söhbət Cənubi Qafqaz ölkələrindən və onların qonşularından – Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, İran və Türkiyədən gedir: “Belə olan halda Paşinyan-Aratunyan görüşü daha çox siyasi katalizator rolunu oynayır. Eyni zamanda Ermənistanın hələ Azərbaycanla real sülhməramlı işlərə imza atmayacağını nümayiş etdirir”.

 

Vətəninfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki