image-361785_res_00backend

“Ermənistan KTMT-nin üzvüdür, ona görə sizə hərbi yardım edə bilmərik…”

image-reklam_sirab_01

Ermənistanla Türkiyə arasında barışığın əldə olunması bütün region-Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan üçün faydalı olacaq. ABŞ-ın Yerevandakı səfiri Lin Treysi “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində belə deyib.

“Bu, çox mühüm məsələdir. Lakin eyni zamanda aydındır ki, postmünaqişə situasiyasından çıxış edərək həll edilməli olan bir sıra dolayısı problemlər var. Bu məsələdə Minsk Qrupu mühüm rol oynaya bilər”,-səfir bildirib.

Diplomatın sözlərinə görə, heç bir şübhə yoxdur ki, Rusiya müharibənin dayandırılmasında mühüm rol oynayıb. Amma müharibə dayansa da həlli tələb olunan bir sıra vacib məsələlər qalır.

Lin Treysi ABŞ-ın Ermənistana hərbi yardım göstərməsinin mümkünlüyü haqda da danışıb. Bildirib ki, Ermənistan KTMT-yə üzv olduğu üçün ABŞ-ın bu ölkə ilə hərbi sahədə əməkdaşlıq imkanları məhduddur. “Ermənistan KTMT-nin üzvüdür, bu isə ABŞ-ın üzv olduğu təşkilat deyil və Ermənistanın KTMT-yə üzvlüyü ona bizim təqdim edə biləcəyimiz hərbi köməyin təqdim olunması imkanlarını əhəmiyyətli şəkildə məhdudlaşdırır”,-ABŞ səfiri bildirib.

Lin Treysi əlavə edib ki, Ermənistanın KTMT üzvlüyünə görə ABŞ-ın bu ölkəyə silah satışı və hərbi yardımı ilə bağlı məhdudiyyətlər var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki