image-ermenibackend

Ermənistan Müdafiə Nazirliyi: Bizə 6 Azərbaycan əsgəri əsir düşməyib

image-reklam_sirab_01

Ermənistan Müdafiə Nazirliyi noyabrın 14-də Ermənistan tərəfinin 6 azərbaycanlı hərbçini əsir götürməsi, sonra isə gizli şəkildə geri qaytarması barədə erməni mətbuatında və sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.

Veteninfo.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. “Sosial şəbəkələrdə mətbuatda noyabrın 14-də Ermənistan sərhədinin şərq istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin təxribatı ilə baş vermiş toqquşma nəticəsində Ermənistan tərəfinin 6 azərbaycanlı hərbçini əsir götürdüyü, sonra gizli şəkildə geri qaytardığı barədə məlumatlar yayılır. Xəbər nə dərəcədə doğrudur”-sualına cavabda yayılan açıqlamada deyilir ki,bunun reallıqla heç bir əlaqəsi yoxdur: ” Aydın məsələdir ki, belə bir vəziyyətdə erməni tərəfi ən azı adekvat əsir mübadiləsini həyata keçirəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki