image-sssbackend

Ermənistan müxalifəti “3 + 3” formatından da qorxur

image-reklam_sirab_01

Nikol Paşinyan Ermənistana təslim olmamışdan əvvəl Qarabağı  təslim etdi. Yanlış daxili və xarici siyasəti ilə müharibə və məğlubiyyət gətirdi.

 

Veteninfo.az xəbər verir ki,bu gün  10 noyabr kaputuliyasiya aktını imzalzmış Ermənistanda əsas mövzu budur.

44 günlük müharibədən sonar, erməni siyasilər,siyasi analtiklər,şovunist düşüncədə olan ermənilərin  Ermənistan ictimai-siyasi palitrasında gündəmdə saxladıqları  mənzərə bundan ibarətdir.

Erməni siyasilər etiraf edirlər ki,Qarabağ ın itirilməsi, ərazi güzəştləri və müharibənin nəticələri bölgəmizdəki qüvvələr nisbətini dəyişdirib.  Onala görə,Türkiyə bölgəyə daxil olmaqla və səhmdar statusu üçün müraciət etmək imkanı əldə edib. Erməni siyasilərə görə,tarixdə belə bir şey olmayıb.Amma nədənsə 1918-ci ildə Qafqaz İslam ordusunun gəlişini və daşnaqlara tutulan toyu xatırlamaq istəmirlər. Ermənilərə görə Tehran  və Moskva bölgəyə təsir etməkdədirlər. Onlara görə bu bölgələrdə Osmanlı İmperatorluğu olmayıb. Osmanlıların varisləri indi bölgəyə daxil olublar. Və bu, Ankara və Bakıda milli qəhrəman adına layiq görülməli olan Nikol Paşinyanın sayəsindədir.

“Nikol Qarabağla bağlı danışıqları pozdu, ordunu geri çevirdi, ölkəmizi müharibənin ətçəkəninə qoydu və indi Ermənistanın “alverinin” şahidi oluruq”- Nikol Paşinyana qarşı səsləndirilən ittihamlarda  3+3 formatı ətrafında dövrə vuraraq  beyin yormaqdadırlar.

3 + 3 formatından Ermənistan üçün müsbət amilləri diqqətə almadan,daha çox revanşist  fikirlərə Ermənistan əhalisini qorxu içərisində tutmağa çalışırlar.

Erməni siyasi analtiklərə görə Türkiyə üçün Qarabağdakı müharibə daha çox Zəngəzur  üçün idi. Rusiya Prezidenti Putin, 9 noyabr 2020 -ci ildə Qarabağa rus sülhməramlılarını göndərərək müharibəni dayandırmağı bacardı.

Paşinyana qarşı birləşən qüvvələrə görə,Türklər bölgəyə girmək və Zəngəzuru i ələ keçirmək üçün əllərindən gələni edir. Nikol Paşinyanın hakimiyyətdə qalması Türkiyə və Azərbaycanın nəhayət istədiyi dəhlizi əldə etməsinə imkan verir. Amma bu dar düşüncəli erməni zehni isə düşünür ki,Rusiya və Tehran buna qarşıdır.

Bu məsələdə haqlıdırlar  Tehran Zəngəzur dəhlizinin açılmasına qarşıdır.Çün ki, 30 ildir Zəngəzur vasitəsi ilə üzərindəki sanksiyalardan yayınaraq nəfəs almaqdadır.

Ermənistan müxalifətinə görə Nikol Paşinyanın  məcazi olaraq desək, əmilərinin Ermənistan mövzusunda nə qərar verəcəyini görmək üçün masanın altına girir.Nikolu  yalnız  oturduğu kreslosu  maraqlandırır.

 

Şuşa fərarisi Seyran Ohaniyana görə, Erməni tərəfinin zəifliyi Moskvanın Ankara ilə Suriyada olduğu kimi danışıqlar aparmasına imkan vermir: “Paşinyan yumşaq desək, Əsəd deyil. Paşinyan məğlub bir dövlətin uğursuz lideridir. Ərdoğandan görüş istəyən və alçaldıcı şəkildə rədd edilən Paşinyandır”.

Ermənistanın müxalif mediası isə ölkənin mövcud vəziyyətin belə izah edir ki, Ermənistan evsiz qalıb. Beynəlxalq münasibətlərdə bir mövzudan yemək istədikləri bir obyektə çevrilib. Ermənistanı yemək isə Rusiya və Tehran üçün sərfəli deyil.

Amma yenə də erməni müxalifəti açıq bir etirafı dilə gətirib. Rusiya Tehran indi Ermənistan Respublikasının formal suverenliyi uğrunda mübarizə aparırlar. Erməni müxalifətinə görə, Rusiya və Tehran Türkiyənin iştahını və Azərbaycanın təkəbbürünü boğmağa çalışan subyektlərdir: “Türkiyə bölgəmizdəki varlığını qanuniləşdirməyə və ona struktur bir görünüş verməyə çalışır. Ərdoğan “3 + 3” qətnaməsi təklif edir: Türkiyə, İran, Rusiya + Azərbaycan, Gürcüstan, Ermənistan.

Rusiya və İran buna etiraz etmirlər, çünki reallıqları nəzərə almalıdırlar və başqa seçimləri yoxdur. 44 gün davam edən Qarabağ müharibəsi nəticəsində Rusiyanın bölgəmizdəki təsiri zəiflədi. Ermənistanın Nikol Paşinyan hökuməti  Türkiyə ilə danışıqlarda Rusiyanın mövqeyini daha da zəiflədir. Bu, Ərdoğana İranın strateji maraqlarına zidd olan  Zəngəzur dəhlizi üçün bir ön şərt yaratmağa imkan verir.Rusiyanın mövqelərinin zəiflədiyini görən Tehran əvvəlki statusunu xatırladı və Zəngəzuru nəzarətinə keçməyə çalışdı. “3 + 3” hazırda geosiyasi tarazlığın ölçüsüdür.Gürcüstan bu tədbirin əleyhinədir, amma heç kim bunu tələb etmir. Ermənistan səsvermə hüququndan məhrumdur. Bizim yerimizə Rusiya və Tehran danışıqlar aparır. Azərbaycanın Ermənistanın razı sala bilməyəcəyi ilkin şərtləri var (Əliyev deyir, Qarabağ məsələsini bağlı hesab edək və onu Rusiya ilə Ermənistanın qarşı çıxdığı Azərbaycanın bir hissəsi kimi tanıyaq). Ermənistandakı “bazar” necə bitərsə, yaxın gələcəkdə yeni bir müharibə və ya razılaşma yeyiləcək. Hər halda Ermənistan üçün yaxşı olmayacaq. Bu ya pis, ya da çox pis bir ssenaridir.

 

Və Ermənistan Nikol Paşinyan üçün məğlubiyyət və rüsvayçılıq simvolu olduğu müddətcə itkilərimiz davam edəcək”. Ermənistanın siyasi həyatına təsir etmə gücündə olan siyasətçilər,ekspertlərin baxışları göstərir ki, onlar üçün bölgəyə sülhün və sabitliyin gəlməsindən daha çox,düşmənçilik və nifrət abu-havası daha maraqlıdır.Amma Ermənistan istəsə də,istəməsə də bölgəyə sülhü Azərbaycan gətirəcək,Zəngəzur dəhlizi açılmaqla da bölgə iqtisadi inkişafında yeni bir qapı açmış olacaq.

 

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki