image-muxalifbackend

Ermənistan müxalifəti Paşinyanı DEVİRMƏK ÇAĞRIŞI ETDİ

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki,Azərbaycan Respublikası Gorus-Qafan yolunun 21-ci km-də  dövlət sərhədləri içərisində polis postu yaratması Ermənistanda müxalifətin halimiyyətə qarşı münasibətini daha da aqressivləşdirib.

Məlumata görə, Azərbaycan polisinin yoldan İran İslam Respublikasına məxsus dövlət nömrə nişanlı avtomobilləri saxlaması,eyni zamanda onlara gömrük rüsumu tədbiq etməsi ilə,İrandan Ermənistan yük daşımaların rəsmən dayandırıb.

Belə olduqda da bölgədə yalnız və yalnız İranın hesabına nəfəs alan erməniləri çıxılmaz vəziyyətə salıb. Məlumata görə, Ermənistan müxalifəti ötən gün Azərbaycan poliisnin  “Dağlı Qarabağ yoxdu, Azərbaycan var başa düşdünüz” mesajından sonra, müxalifət düşərgəs Nikol Paşinyanın devrilməsi çağrışlarını etməyə başlayıblar.

Erməni telgram kanallarının xəbərinə görə, bu gün müxalifət bu istiqamətdə bəyanat yayıb.

Bəyanatda deyilir ki, Gorus-Qafan istiqamətində vəziyyət gərgin olaraq qalır. Azərbaycan Ermənistan hakimiyyətinin icazəsindən və cinayətkar hərəkətsizliyindən istifadə edərək, orada polis və gömrük keçid məntəqələri yaradıb. İran-Ermənistan strateji əhəmiyyətli dövlətlərarası yolun işə salınması baxımından ciddi problemlər yaranıb. Azərbaycan İrandan gələn yük maşınlarına gömrük rüsumu yığır. İki İranlı sürücü həbs edilib. Bu yolla gedən Ermənistan Respublikası vətəndaşları, o cümlədən azyaşlılar psixoloji təzyiqə məruz qalırlar. Rəsmi İrəvan, Goris-Kəpən yolunun yuxarıda göstərilən hissəsini Azərbaycanlı hesab edərək, Sovet Azərbaycanınının xəritələrinə istinad edərək azərbaycanlıların hərəkətlərini qanuni hesab edir. Ermənistan hakimiyyətinin bu dövlət əleyhinə davranışı Bakını daha da təkəbbürləndirir və azərbaycanlıları yeni təmkinlərə sövq edir. Belə davam edərsə, İran-Ermənistan dövlətlərarası M2 yol hissəsi Ermənistanın təhlükəsizliyi üçün ciddi problemlər yaradaraq praktiki olaraq öz funksiyasını dayandıracaq. Müxalifət bəyan edib ki, bu hakimiyyət orqanlarının mövcud olduğu hər gün yeni bir böhrana, yeni itkilərə səbəb olacaq. Yalnız yeni bir milli hökumətin qurulması halında təhlükəsizlik məsələlərini həll etmək və layiqli bir sülh təmin etmək mümkündür.

Maraqlısı budur ki.30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayan, İşğal altındakı torpaqlarda mövcud olan yaşayış mənəqələrini,şəhərləri,qəsəbələri,kəndləri,dövlət binalarını,zavod və fabrikləri,tarixi-memarlıq abidələrini,qəbristanlıqları tarı-mar edən Ermənistan Azərbaycanın  bu istiqamətdə dünyaya səslənişin  saymazdan gəlirdi.Amma bu gün rəsmi Bakının  beynəlxalq hüquqa əsaslanaın öz ərazisində pos qurması,ermənilərin Azərbaycanın 30 ildə nələr çəkdiyi üçün dərs olmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki