image-ermen-1601539026backend

Ermənistan ordusunda çaxnaşma düşdü-İSTEFALAR BAŞLADI

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, 44 günlük ikinci Qarabağ müharibəsindən sonra, Ermənistan ordusu təkcə müharibə meydanında darmadağın olmayıb. Eyni zamanda ordunun zabit heyyəti də sıradan çıxıb. Bundan başqa Ermənistan hökuməti yenidən ordunu formalaşdırmaq üçün,Rusiya ilə birgə başlatmış olduğu səylər də nəticə vermir. Bunun da səbəbi olub-qalan ordu daxilində yüksək paqonlu zabirlərin bir-biri ilə yola getməməsi,eyni zamanda onların siyasiləşmələridir. Belə ki,ordu daxilində yüksək paqon daşıyanların əksəriyəti sabiq prezidnetlər Robert Köçəriyan və Serj sarkisyanın tərəfdarları olduğundan, Paşinyan cidid problemlərlə üzləşir.
Paşinyanın son təqdimatı ilə Kamo Kochuntsun baş Qərargah rəisinin müavini təyin edilməsi də vəziyyəti düzətməyib.
Ermənistanın “Zhoghovurd” qəzetinin xəbərinə görə,sentyabrın 13 -də Baş naziri Nikol Paşinyanın təklifi ilə Kamo Kochunts Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini təyin edilib. Eyni zamanda, Poghos Poghosyan Silahlı Qüvvələr İdarəsinin rəisi, Sahak Ohanyan Hərbi Tibb İdarəsinin rəisi vəzifələrindən azad edildi.

Qəzetin xəbərinə görə, Silahlı Qüvvələr idarəsinin Sahak Ohanyanın işdən çıxarılması heç də təsadüfi deyil. Müdafiə nazirliyində yayılan söz -söhbətlərə görə, Sahak Ohanyanın Silahlı Qüvvələri Baş Qərargah rəisi Artak Davtyanla fikir ayrılıqları olub və bundan sonra işdən çıxarılması üçün ərizə yazıb.

Məlumata görə, Ohanyanın müavini də ərizə yazan Davtyanla yola getməyib.Məlumata görə, “Muratsan” xəstəxanasının müdiri Vahan Gevorgyan da istefa ərizəsi yazacaq. O bildirib ki, işdən azad olunmaq üçün bir sıra müraciətlər başlayıb və Artak Davtyanla işləmək dözülməz hala gəlib.Qəzetin xəbərinə görə,bu vəziyyət uzun davam edərsə,Ermənistan ordusunun yenidən özünə gəlməsi üçün hərbi ekspertlərin dediyi kimi 10 il deyil,ən azı 20-25 il vaxt lazım olacaq.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki