image-armenbackend

Ermənistan prezidentinin utanmazlığı

image-reklam_sirab_01

Ermənistan prezidenti Armen Sarkisyan sözlərinə görə, erməni izini və erməni tarixini Dağlıq Qarabağın hər bir şəhərində və kəndində görmək olar.

 

Veteninfo.az “Sputinik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan 44 günlük müharibədən sonra,Azərbaycanın nəzarətində qayıdan Qarabağın ərazilərində erməni mədəni və dini irsinin taleyindən narahat olduğunu bildirib.

Armen Sarkisyan dini etiqad azadlığı mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşdə bildirib ki, xristianlığın müxtəlif qollarının nümayəndələrini bir dam altında bir araya gəldiyini görmək böyük bir hadisədir.

Armen Sarkisyan 44 günlük müharibədə ölkəsinin bir dövlət kimi həm ordusunui,eyni zamanda da şəxsiyyətini itirdiyini anladığından, xiristiyan dina adamlarının vasitəsi ilə xalqına mesaj da verib .Onun sözlərinə görə, erməni kimliyi xristian inancına və kilsəyə əsaslanır.

“Döyüşdə və ya müharibədə uduzmağın mümkündür.Ancaq xalq şəxsiyyətini itirməsə, gələcək qələbələrə hər zaman hazır olmalısan.Bu kontekstdə, hər bir kənddə, hər bir şəhərdə erməni tarixini, zəngin mədəni və tarixi irsini tanıya biləcəyi Dağlıq Qarabağın xristian imicinin qorunması vacibdir”-deyən Armen Sarkisyan əlavə edib ki. o Ermənistan prezidenti olaraq Şuşidə (Şuşa) qürur duyub: “ Nəinki şəhərdə heyrətamiz kilsələrin olması ilə, həm də həmvətənlərimin məscidin bərpası üçün böyük vəsait yatırmaları ilə fəxr edirdim”.  Sarkisyan 30 ildi işğalda saxladıqları Şuşa da daxil olmaqla Azərbaycan torpaqlarında müsəlman olduğu üçün bütün tarixi silməyə cəht etdiklərini deyəsən beynindən silib.Erməni xislətinin Armen Sarkisyanın timsalında görmək elə də problem deyil.Çün ki, Armen Sarkisyan və onun kimi erməni düşüncəsi hər zaman başqalarının tarixini özününküləşdirməyə meyilli olub.

Sarkisyanın sözlərinə görə, bu gün, hər bir erməni kimi, Ermənistan tərəfinin nəzarətində olmayan minlərlə tarixi və dini abidənin taleyi ilə maraqlanır.

Armen Sarkisyan eyni zamanda erməni xalqının ayağa qalxması, inancı, kilsəsi və kimliyi uğrunda mübarizə aparmaq üçün kifayət qədər gücə malik olduğuna əmindir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki