image-vazgen_manukyan2-thumbbackend

“Ermənistan tarix səhnəsindən silinəcək” – Ermənistanın sabiq baş naziri

image-reklam_sirab_01

Vətəninfo.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan bəyanatla çıxış edib.

Manukyan bildirib ki, əgər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlansa bu Ermənistanın tarix səhnəsindən silinəcək.

“İndi bütün dünya Ermənistanı sülhə məcbur edir. Dünya bu sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Çünki onlara indi Ermənistan deyil, qlobal enerji mərkəzi lazımdır. Bu mərkəzdə Azərbaycandır. Sülh müqaviləsi bağlansa Ermənistan tarix səhnəsindən silinəcək. Bağlamasa da daha böyük çətinliklərlə üz-üzə qalacayıq.”- deyə Manukyan bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki