image-iran-azerbaycanbackend

Ermənistan ununtmamalıdır ki,Güney Azərbaycanda 40 milyona yaxın Azərbaycan türkü yaşayırMƏŞHUR MƏMMƏDOV

image-reklam_sirab_01

İranın Azərbaycanla sərəhddə genişmiqyaslı hərbi təlimlər keçirməsini erməni ekspertlərə görə, Ermənistanla bağlıdır və rəsmi Tehran belə bir təlimlərə star verməklə İranın-Ermənistanla tranzit imkanlarından əl çəkmək cəhdlərinə sərt cavab olaraq dəyərləndirirlər.

 

Rəsmi Tehranın təlimlərini şərh edən Milli Məclisin üzvü Məşhur Məmmədov Veteninfo.az-a bildirib ki, İran müstəqil ölkədir və o öz ərazisində hansısa təlimlər keçmək hüququna malikdir:

image-meshir

“Bu təlimləri Azərbaycana Gorus-Qafan yolunun bzağlanmasına cavab olaraq  dəyərləndirmək tamamən yanlışdır. Azərbaycan-İran qonuşu ölkədirlər və rəsmi Tehranla-Bakı arasında diplomatik münasibətlər yüksək məcrada davam edir.Əlbət də Ermənistan istəyə bilər Azərbaycan-İran münasibətlərində hansısa problemlər yaşansın. Amma Ermənistan unutmamalıdır ki, Güney Azərbaycanda 40 milyona yaxın Azərbaycan türkləri yaşayır.Ölkənin içtimai-siyasi-sosial həyatına birbaşa təsir etmə imkanına malikdirlər. İran dövləti içərisində ola bilsin Ermənistana loyal münasibətdə olan siyasilər olsun,amma bu bütövlükdə Azərbaycan-İran münasibətlərinə təsir edəcək gücdə olla bilməz”.Millət vəkili qeyd edib ki, Gorus-Qafan yolunun 21-ci km-də Azərbaycanın öz sərhədləri daxilində post qoyması onun qanuni haqqıdır: “Ola bilsin bu günə kimi İrandan olan sürücülər bunu bilməyiblər. Artıq onlar da dərk etməlidirlər ki, İran-Ermənistan sərhəddini keçdikdən,Megridən  Gorus-Qafan yoluna daxil olan zaman bu ərazinin Ermənistanın deyil,Azərbaycanın ərazisidir. Bu əraziyə daxil olmursansa,beynəlxalq hüquq normalarının tələb etdiyi,ölkələrarası gömrük qaydaları nəyi tələb edirsə,o tələbləri qəbul etməlidirlər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki