image-999backend

 Ermənistan və Azərbaycan arasında davamlı sülh mümkündür –  Patel

image-reklam_sirab_01

ABŞ hesab edir ki, Ermənistan və Azərbaycan arasında aparılan danışıqlar irəliyə doğru atılan mühüm addımdır. Vətəninfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel ənənəvi brifinq zamanı Brüsseldə Ermənistan və Azərbaycan liderlərinin görüşünə istinadən bildirib .

“ABŞ bu danışıqların tərəfi deyildi. Lakin Arlinqtonda ev sahibliyi etdiyimiz danışıqların davamı olaraq, biz bunların irəliyə doğru mühüm addımlar olduğuna inanmağa davam edirik və bu iki ölkə arasında davamlı sülhün mümkün olduğuna inanmağa davam edirik”, – Patel bildirib.

Xatırladaq ki, mayın 14-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyevin üçtərəfli görüşü olub.

Görüş zamanı regional nəqliyyat və iqtisadi infrastrukturların blokdan çıxarılması, iki ölkə arasında sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi, Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi haqqında saziş, Azərbaycan xalqının hüquq və təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi ilə bağlı məsələlər müzakirə olunub. Qarabağ, eləcə də əsirlər, itkin düşmüş şəxslər və digər humanitar məsələlər müzakirə edilib. :

İyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammiti, Ermənistanın baş naziri, Azərbaycan prezidenti, Fransa prezidentinin iştirakı ilə beştərəfli görüş çərçivəsində müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub. Almaniya kansleri, Avropa İttifaqı Şurasının sədri, iyulda isə Ermənistanın baş naziri, Azərbaycan prezidenti və Avropa İttifaqı Şurasının sədrinin Brüsseldə üçtərəfli görüşləri  nəzərdə tutulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki