ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bəyan edib ki, sülh razılaşmasına nail olmaq üçün Ermənistan və Azərbaycan kompromislərə getməlidir.
Vətəninfo.az məlumatına görə , jurnalistlərlə keçirdiyi brifinqdə Miller də ABŞ-ın sülh sazişinin yaxın olması ilə bağlı mövqeyini təsdiqləyib.
“Biz sülh sazişi haqqında danışmağa davam edirik və sülh sazişinin yaxın olduğuna inanmağa davam edirik. Lakin biz həmişə demişik ki, buna nail olmaq üçün hər iki tərəf çətin kompromislərə getməli olacaq və buna görə də dövlət katibi həm Ermənistan, həm də Azərbaycan liderləri ilə danışıqları davam etdirərək onları çətin kompromislərə getməyə təşviq edib. ki, onlar razılığa gələ bilsinlər.” , – Miller bildirib.