image-irevanazvisionbackend

Ermənistan və ermənilər ağıllanacaqlarmı?

image-reklam_sirab_01

44 günlük  Dəmir Yumruqlu ikici Qarbağ Vətən müharibəsi dövründə beynəlxal ictimai düşüncə,siyasi liderlərin siyasi açıqlamaları konfiliktoloqların  gəldiyi qənaət ondan ibarət idi ki, 30 il müddətindəndə beynəlxalq aləm Azərbaycana qarşı Ermənistan tərəfindən həyata keçirilən işğal siyasətinə doğru-dürüst yanaşma olmayıb. əsasən ATƏT-in Minsk qrupu münaqişənin həllində dolayısı ilə işğalçını dəstəkləyib.

Bu üzdən də Azərbaycan haqlı olaraq işğalda olan torpaqlarını daha 30 il işğalda qalması ilə barışmadı və nəticədə işğaldakı bütün torpaqlar azad edildi. Elə Azərbaycan prezidenti İlham Əliyev də beynəlxalq media qurluşlarına  verdiyi müsahibələrdə də əsasən bu amili qabardırdı. “Azərbaycan bir daha öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Kimlər ikinci erməni dövləti yaradılmasında maraqlıdırsa,o zaman öz ölkələrində bu addımı ata bilərlər”-Bəyanatı  bütövlükdə münaqişənin həllinə ikili standartlarla yanaşanlara bir tutarlı cavab idi.

44 gün davam edən və Ermənistanın kaputuliyasiya aktını qəbul etməsi ilə bitən müharibə əslində Ermənistan dövlətini və xalqını necə bir bəladan xilas olduqları ilə bağlı ciddi düşünməyə sövq etməli idi.

Amma hər zaman olduğu kimi, Ermənistan dövləti başqasının torpağını işğal etdiyklərinə görə bu şəkildə cəzalandırılmalarından dərs çıxarmadılar.

Əksinə Azərbasycan-Rusiya və Ermənistanın birgə imzaladıqları 10 noyabar razılaşmasından sonra,bölgəyə gətirilən rus sülhməramlı kontingentin görüb,yenidən azğınlaşmağa cəht edirlər.

Misal üçün erməni politoloq Norayr Dunamalyan verdiyi açıqlamada ilkin olaraq bəyan edir ki, 44 günlük müharibənin nəticələri təkcə Ermənistanda deyil, eyni zamanda Xankəndindəki insanların  fiziki təhlükəsizliyi problemlərini kölgədə qoyub.

Maraqlıdır ki,Xankəndində və Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış ermənilərin fiziki təhlükəyə səbəb məhz Ermənistan dövlətinin şovinist hərəkətlərinin olduğunu görməzdən gələn siyasi ekspert,anlamaq istəmir ki, bölgədə düşmənçilik toxumlarını səpən,başqasının torpağına göz dikən elə ermənilərdir.

Norayr Dunamalyana görə, Ermənistanın keçmiş hakimiyyətdə olanların  Paşinyan iqtidarını Qarabağ maraqlarına xəyanət etməkdə qınaması,hadisələrin baş verməsində  günah keçisi axtarmaları yalnış addımdır. Politoloq Norayr Dunamalyan hesab edir ki, ölkənin bu vəziyyətə düşməsinə səbəb,Ermənistan hakimiyyətinin kompleks hərəkətləri və yanaşmalarıdır. Onun fikirinə görə,erməni tərəfi Qarabağ məsələsində anlaşılan strateji xətti möhkəmləndirə və inkişaf etdirə bilmədi:”Məsələn, həm Ermənistan, həm də Dağlıq Qarabağ 1977-ci ildə qəbul edilmiş Konstitusiya ilə Sovet qanunvericiliyinə uyğun olaraq tam olaraq SSRİ-dən ayrıldı. Lakin strateji olaraq, Ermənistan tərəfi gələcək danışıqlar zamanı bu həqiqəti kapitallaşdıra və bundan istifadə edə bilmədi”.

Dunamalyanın fikrincə, üstəlik, 90 -cı illərin əvvəllərində Ermənistan parlamentində Ermənistanla  Qarabağ arasında müəyyən ayırıcı xətlər çəkilib, özgəninkiləşdirmə baş verib, şərti olaraq “ermənilər” və “Qarabağlılar” a bölünmə olub.. Bu da,tam inteqrasiya, vahid siyasi, zehni və sosial-psixoloji məkanın yaradılması üçün əlavə maneələr və problemlər yaradıb.

“Bu gün Qarabağ tamamilə fərqli reallıqlarla üzləşir – geosiyasi, hərbi. Burada Rusiya, Türkiyə, İran və s. Kimi faktorlarla məşğul oluruq. Bütün bu amilləri nəzərə alaraq yeni bir strategiya hazırlamalıyıq. dava bizim üçün birləşdirici rol oynamalıdır “-deyən politoloq Ermənistandakı digər müharibə tərəfdarları,qarşıdurma missiyasını özündə birləşdirən qüvvələrin bir fərdi olduğunu açıq-aşkar bəyan etmiş oldu.

Əslində isə erməni cəmiyyəti bu tip açıqlamalarla onun beynini doldurmaq istəyən Dunamalyanların, Sarkisyanların və digər yanları istər siyasi,istərsə də ictimai sferadan təcrid etməlidir.

Ən azından onların bu tip müharibə çağrışları etmələri qarşısında,bunların qulaqlarından yapışıb,boş yerə  Qarabağda,başqasının torpağında ölənlərin məzarları başına aparmalıdırlar.Və orda sizlərin düşmənçiliyininzin ucbatında övladlarımız burdadır deməlidirlər.

Amma bunu etmək üçün mütləq və mütləq erməni xalqı ağıllanmalıdır.Əks təqdirdə Dəmir Yumruq yenidən işə düşə bilər.

 

Analtik şöbə

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki