image-vvbackend

Ermənistan XİN-in müavini SƏRSƏMLƏDİ

image-reklam_sirab_01

O zaman yenidən Dəmir yumruğun  45-ci dalğası ilə rastlaşmış olacaqlar.

VETENİNFO.AZ  xəbər verir ki, istər 1-ci,istərsə də 2-ci Qarabağ müharibəsi zamanı,eyni zamanda 1988-ci ildən başlayaraq Ermnənistanda yaşayan,yerli Azərbaycan türklərinə qarşı soyqırım siyasəti həyata keçirən Ermənistan dövləti,2-ci Qarabağ Vətən müharibəsində aldığı ağır məğlubiyyətdən sonar,dünyaya özünü Azərbaycan tərəfindən məhf edilən xalq olaraq göstərməyə çalışır.

Istər Köçəryan,istər Sarkisyan iqtidarından fərqli bir siyasət formalaşdıra bilməyən Nikol Paşinyan və komandası da məhz məzlumluq üzərindən siyasət aparmağa səy göstərir.

44 günlük müharibənin ardından 10 noyabr kaputuliyasiya aktına imza atan Ermənistan rəhbərliyi,hələ də hansısa qondarma rejimi tanıtmaq həvəsi ilə siyasətin davam etdirir.

Elə Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorqyanın parlamentdə etdiyi çıxş buna sübutdur.

Vahe Gevorqyan parlamentdə çıxışı zamanı “rəsmi Bakı nəzarət etdiyi ərazilərdə ermənilərin məhv edilməsi siyasətinə sadiqdir”-sərsəm açıqlaması ilə göstərir ki,Ermənistan özünün fitnəkarlığından əl çəkənə oxşamır.

Rəsmi Bakı davamlı olaraq bölgəyə sülhün gəlməsinin vacib olduğunu vurğuladığı halda,Ermənistan rəhbərliyinin bölgədə əlavə qanların axması üçün dəridən-qabıqdan çıxmaqdadırlar.

Vahe Gevorqyanın sözlərinə görə, rəsmi İrəvan  Qarabağla bağlı danışıqlarda “xilas naminə tanınma” tezisini irəli sürməlidir. Vahe Gevorqyanın bu açıqlamasından sonar,, “Hayastan” (“Ermənistan”) fraksiyasının üzvü,  Armen Rüstəmyan “xilas naminə tanınma” tezisinin XİN-də müzakirə olunub-olunmaması və bu istiqamətdə işlər aparılıb,aparılmadığın soruşub.

Vahe Gevorqyan  bildirb ki, istər 1-ci,istərsə də 2-ci Qarabağ müharibəsi zamanı baş verənlər onu göstərir ki,  Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşaya bilməzlər. Bakı öz nəzarətində olan ərazilərdə erməniləri məhv etmək siyasətinə sadiqdir. Hesab edirəm ki, danışıqlar zamanı və diskursumuz zamanı bu ideyanı təbliğ etməliyik.

Qeyd edək ki, bölgədə nəqliyyat dəhlizlərinin və komunikasiyaların açılmasının tərəfdarı kimi çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ nizamlanması üzrə danışıqların əsasını “qurtuluş naminə ayrılma” prinsipi təşkil etməli olduğu fikrini bildirib.

image-meshur

Milli Məclisin üzvü Məşhur Məmmədov Vahe Gevorqyanın sərsəmləmələrin şərh edən zaman bildirib ki, Ermənistan rəhbərliyi bir tərəfdən Azərbaycanla münasibətlərin qurulmasını bildirsə də,digər tərəfdən bölgənin inkişafına maniələr yaradan ,yalan və böhtan üzərində qurulan siyasət aparmaqdadır: “Hələ də anlamaq istəmirlər ki, Ermənistanın dövlət büdcəsindən və Ümumi Erməni Fondunun ayırdığı vəsaitlər hesabına saxlamağa çışdıqları Xankəndindəki separatçıların separatizim hərəkətlərinin bitməsinə elə də çox vaxt qalmayıb. Azərbaycan əgər bu gün proseslərə səbir nümaiş etdirirsə,bu Ermənistanın 10 noyabr üçtərəfli anlaşmada üzərinə götürdüyü öhtəliklərlə bağlıdır.Yəni anlaşmanın bir bəndini belə Ermənistan icra etməzisə,o zaman yenidən Dəmir yumruğun  45-ci dalğası ilə rastlaşmış olacaqlar.Biz bölgəyə sülh gəlsin dedikcə,Xankəndi və digər Azərbaycan ərazilərində insanlar ifah içəriisndə yaşamasın istədikcə,bunlar bir qədər də azğınlaşırlar.Ermənistanın rəhbərliyi anlamalıdır ki,bölgənin inkişafına xidmət edəcək damarların tromblaşması rəsmi İravanın münasibətinin nəticəsidir.Bu damarlar anju olunmalı,bölgənin inkişafı yenidən özünə qayıtmalıdır.Əks təqdirdə bunun nəticələri ilə Ermənistan barışmalı olacaq”.

 

Zərri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki