image-365148_res_00backend

Ermənistan XİN rəhbəri istefa verdi

image-reklam_sirab_01

Ermənistan xarici işlər nazirinin vəzifəsini icra edən Ara Ayvazyan istefa verib.

Veteninfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan Facebook səhifəsində yazıb.

Xatırladaq ki, Ara Ayvazyan Ermənistan XİN başçısı vəzifəsinə 18 noyabr 2020-ci ildə – Zöhrab Mnatsakanyan həmin postdan getdikdən dərhal sonra təyin edilmişdi. Maraqlıdır ki, onların hər ikisi postunu ölkənin siyasi rəhbərliyi ilə fikir ayrılığı fonunda tərk edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki