image-367193_res_00backend

Ermənistanın başsız XİN-dən başıboş açıqlama

image-reklam_sirab_01

Ermənistanda əslində mövcud olmayan, başsız qalan və bütün məsul şəxsləri istefa vermiş Xarici İşlər Nazirliyi dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana Qarabağın azad olunmuş hissəsini də əhatə edən səfəri ilə bağlı başıboş  bəyanatla çıxış edib. Və bu səfəri “regionda sülhə və təhlükəsizliyə qarşı təxribat” kimi qiymətləndirib. Üstəlik daha da irəli gedərək “Türk-Azərbaycan təcavüzü” ifadəsini işlədib.

Bu mənasız və absurd bəyanata əslində məhəl qoymamaq da olardı, çünki Ermənistanda hökumət adına ciddi qəbul edilə biləcək hər hansı institut qalmayıb. XİN isə faktiki olaraq fəaliyyətini dayandırıb, nazir və müavinləri Paşinyanla işləməkdən imtina edərək istefa verib. Və nazirliyin binasında hansısa dəftərxana işçisinin cızmaqarasının “bəyanat” adı ilə yayılması əslində ironiyadır.

Bununla belə rəsmi Bakı hər halda Yerevandan eşidilən bu cür ziyanlı reaksiyalara cavab verməyi lüzum bilib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib:

– Öncə qeyd etmək istərdik ki, qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil.

Qeyd etdiyiniz açıqlamaya gəldikdə isə, hazırda Ermənistan XİN-də rəhbərliyin olmadığını nəzərə alaraq, bu qurumda qalanların və bu açıqlamanı hazırlayanların nəzərinə çatdırmaq istərdik ki, ölkə əz ərazilərini işğal edə bilməz, yalnız işğaldan azad edər. Elə 44 günlük Vətən müharibəsi nəticəsində də Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və ərazi bütövlüyünü təmin etdi.

Ermənistan XİN-inə öz ölkələri də daxil olmaqla, üç ölkə liderləri tərəfindən imzalanmış birgə bəyanatlarla yaxından tanış olmalarını, bu bəyanatların icrasına yönəlik addımlar atmalarını tövsiyə edirik. Ermənistanın illüziyalara söykənərək deyil, real vəziyyəti dərk edərək davranması gərəkdir. Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşada imzaladığı Birgə Bəyannamə də məhz sülh və təhlükəsizliyin, yeni əməkdaşlıq imkanlarının təşviq edilməsinə yönəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki