image-300backend

Ermənistanın S 300-lərini Azərbaycan necə məhv edib? Anbaan real kadrlar !

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki,44 günlük İkinci Qarabağ savaşı artıq Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatsa da sosial şəbəkələrdə hələ də həmin döyüşlərin ən maraqlı anlarını əks etdirən videolar yayılmaqdadır. Elə bu günlərdə ermənilər Azərbaycana məxsus dronların separatçıların S -300 Havadan Müdafiə Sistemlərinə hücumunu əks etdirən video paylaşıblar. Videoda İsrail istehsalı olan kamikadze tipli Harop dronunun havadan eşidilən uzun uzadı səsindən sonra dronun S-300 ün üzərinə şığıdığı və özü ilə birlikdə Müdafiə Sistemini də məhv etdiyi əks olunub
İGöründüyü kimi video erməni tərəfindən qeydə alınıb və çox güman ki, partlayış baş verən əraziyə yaxın yerdə quraşdırılmış müşahidə kamerasının obyektivinə tuş gəlib. Xatırladaq ki, hələ 2016-cı ilin aprel döyüşlərində də Azərbaycan İsrailə məxsus Harop kamikadze dronlarından uğurla istifadə edərək 4 günlük müharibənin də taleyini öz xeyrinə həll etmişdi.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki