Avropa İttifaqından olan tərəfdaşlarımız tərəfindən təşkil olunacaq növbəti görüşün bir neçə həftədən sonra baş tutacağı gözlənilir.
Vətəninfo.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşün sonunda deyib.
“Nə qədər uzağa getsək, razılaşmaya bir o qədər yaxınlaşırsınız. Qazanılan irəliləyiş və bu işi növbəti həftələrdə və aylarda davam etdirmək əzminə görə təşəkkür edirəm”, – Blinken bildirib.