image-333backend

Ermmənistan və Belarusiya hədələndi-SƏFİRLİKLƏRİNİZİ PARTLADACAĞIQ

image-reklam_sirab_01

Rusiya polisi Ermənistan və Belarusun Moskvadakı səfirliklərində partlayışlar törədilməsi ilə bağlı anonim məlumatlardan sonra cinayət işi açıb.

Veteninfo.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

 

“Faktla bağlı RF Cinayət Məcəlləsinin 207-ci maddəsinin 2-ci hissəsi (“terror aktı haqqında açıq-aşkar yalan məlumat vermə”) ilə cinayət işi qaldırılıb”, – mənbə bildirib. Maddənin sanksiyası 500-dən 700 min rubla qədər cərimə və ya üç ildən beş ilədək həbs cəzasını nəzərdə tutur.

 

Bundan əvvəl bildirilib ki, yanvarın 7-də naməlum şəxslər Ermənistan və Belarus səfirliklərinin elektron poçtlarına partlayışla hədələyən məktublar göndəriblər. Onlar ölkələrin qoşunlarının Qazaxıstan ərazisindən çıxarılmasını tələb ediblər. Binalarda axtarış aparılıb, heç bir partlayıcı maddə aşkar edilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki