image-85backend

Ermnəistanda itkin əsgərlərin ailələri üsyana hazırlaşır-AİLƏLƏRDƏN SIĞORTA PULLARI GERİ TƏLƏB EDİLİR

image-reklam_sirab_01

Veteninfo.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan rəhbərliyi Qarabağda  44 günlük müharibədə itkin düşdüyü hesab edilən əsgərlər üçün ayrılan sığorta pulunu ailələrdən geri tələb edir.

Məlumata görə, Ermənistanın sığorta haqqında qanununa görə, itkin düşmüş şəxslər üçün müəyyənləşdirilən sğorta pulu ilə,ölən şəxslərə verilən sığorta pulu arasında böyük fərq vardır.

Məlumata görə, müharibə zamanı itkin düşmüş hesab edilən şəxslərin ailələrinə,əhali arasında ciddi  narazılıq olmasın deyə,Paşinyan iqtidarı tez bir zamanda  sığorta vəsaitləri ödəyib.

Amma sonradan itkin düşmüş hesab edilən şəxslərin əsas hissəsinin cəsədləri aşkar edildikdən,eyni zamanda onların Azərbaycan tərəfinə əsir düşdüyü müəyən edildikdən sonra,verilən pullar həmin əsgərlərin ailələrindən geri tələb olunub.

Məlumata görə, indi cəsədləri tapılan itkin hesab edilməyən şəxslərin ailələri dövlətin onlardan geri tələb etdiyi pulu verməkdən imtina edirlər.

Məlumata görə, Ermənistan Sığorta Fondunun rəsmisi Harutyun Berberyan bildirib ki, cəsədləri aşkar edilən,amma rəsmi olaraq itkin kimi qeydiyatı aparılan şəxslərin ailələri,müharibədə ölən şəxsə müəyyənləşdirilən pul vəsaitin çıxmaqla,yerdə qalan hissəni fondas geri qaytarmalıdırlar.

Məlumata görə,övladları müharibədə ölən və övladları əsir olan əsgərlərin ailələri hökumtin belə bir addımına qarşı aksiyalar keçirmək niyyətindədirlər.Məlumazta görə, bu təbəqədən olan ailələrin  keçirəcəyi aksiyalara müxalif siyasi partiyalarda dəstək verirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki