image-iranbackend

Fəhlələr tətilə çıxdı-TEHRAN REJİMİ TÜRKİYƏ  VƏ AZƏRBAYCANI GÜNAHLANDIRIR

image-reklam_sirab_01

Son bir ay içərisində  Tehran rejimi ayağına dəyən daşa görə, türkiyə və Azərbaycandan şübhələnməyə başlayıb. Rejimin imkanı olsa,Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərdə,yanlışlıqla vurduqları hərbi texnikaya görə də Türkiyə və Azərbaycanı günahgar göstərər.

Veteninfo.az xəbər verir ki,Tehran rejiminin nəzarətində olan media orqanları,eyni zamanda da rejimin sosial şəbəkələrdəki trol dəstələri  Güney Azərbaycanda Sungun-mis mədən podratçı şirkətindən bir qrup işçinin tətil etmələri,işçilərin şirkət rəhbərliyindən aşağı əmək haqqlarının artırılmasını,iş prosesinin yaxşılaşdırmaların tələb etmələrini Tehran rejimi Türkiyə və Azərbaycanla bağlamağa səy göstərir.

Belə ki, rejimin mediası və sosial şəbəkələrdəki trol dəstələri iddia edirlər ki, Tehranla  Azərbaycan arasındakı qarşıdurmanın ortasında, birdən-birə bir qrup işçi tətilə çıxaraq sosial gərginlik odunu yandırmaq üçün toplaşması Türkiyə və Azərbaycanın kartları rejimin daxilində istifadə etmək niyyətindən irəli gəlir.

Molla rejimi vətəndaşlarına dilənçi payı verən şirkəti cəzalandırmaq yerinə,hadisələrə siyasi don geyindirmək yolun seçir.

http://


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki