image-364745_res_00backend

Fəlakət kimi daşqın: Türkiyə-Naxçıvan yolu qapandı

image-reklam_sirab_01

Bu gecə Türkiyənin İğdır bölgəsinə yağan şiddətli leysan daşqına səbəb olub və sel suları nəticəsində Türkiyə-Naxçıvan avtomobil yolu bağlanıb. Nəticədə Türkiyənin Azərbaycan, İran və Orta Asiya respublikaları ilə nəqliyyat əlaqəsi kəsilib.

 

Veteninfo.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İğdırın Aralıq rayonunda baş verən daşqın fəlakəti nəticəsində tarlalara da ciddi ziyan dəyib. Ağrı dağı bölgəsində gecə saatlarında başlayan şiddətli leysan tezliklə sel daşqınlarına səbəb olub vəsül sularının yuyub gətirdiyi daş-çınqıl Türkiyə-Naxçıvan yolunu bağlayıb. Bölgəyə jandarma, bələdiyyə, fövqəladə vəziyyətlər üzrə agentlik olan AFAD  xilasediciləri, texnika səfərbər edilib. Yolun təmizlənməsi üçün işlərə başlanılıb, yerli sakinlər də bu işə dəstk verirlər.

 

Aralik bələdiyyə başqanı Mustafa Güzelkaya jurnalistlərə bildirib ki, daşqın iki məhəlləyə də ziyan vurub. “Maddi ziyan var. Tək təsəllimiz insan itkisinin olmamasıdır. Təbii fəlakət baş verib. Dövlətimiz güclüdür, bunun öhdəsindən gələcək. Çevik müdaxilə etdik və böyük fəlakətin qarşısını aldıq. Allaha şükürlər olsun, bundan da betəri var. Ağrıdan gələn sel sularına görə bunlar yaşandı”,-o deyib.

 

Güzelkaya deyib ki, ilk növbədə Türkiyə-Naxçıvan quru yolunu açmağa çalışırlar. Və tezliklə yolu açacaqlar, çünki hadisə yerində çoxsaylı briqadalar işləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki